Hamilə qadınlar üçün müayinə aksiyası 

Hamilə qadınlar üçün müayinə aksiyası 
 

Ana və uşaq sağlamlığı hər zaman, hər bir ölkədə səhiyyənin prioritet istiqamətlərindən biridir.

Azərbaycanda son dövrlər aparılan islahatlar hər ölkədə olduğu kimi hamilə qadına göstərilən xidmətin yaxşılaşdırılması məsələsini gündəmdə saxlayır. Bu gün regionların sosial iqtisadi inkişafına, perinatal mərkəzlərin yaranmasına baxmayaq yenə də risk qrupuna daxil olan hamilələr bəzən yaradılmış xidmətlərdən kənarda qala bilirlər. Məsələn ucqar rayon və kəndlərdə risk qrupuna daxil olan hamilələr vardır ki, onlar üçün antenatal xidmətlərdən yararlanmaq hələ də əlçatmaz olaraq qalır.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Regional İnkişaf İctimai Birliyi ilə birgə keçirtdiyi layihənin əsas məqsədi risk qrupuna daxil olan hamilə qadınlara xüsusiləşdirilmiş antenatal yardımın göstərilməsidir.

Paralel.az xəbər verir ki, bu məqsədlə böyük bir qrup həm mama-ginekoloqlar həm də funksional diaqnostika həkimləri 30-31 iyul tarixlərində Lənkəran Perinatal Mərkəzinin bazasında risk qrupuna daxil olan hamilələri müayinədən keçirəcək və lazımi tövsiyələr verəcəklər. 2 gün davam edəcək layihə çərçivəsində müayinələrlə bərabər ezam olunmuş həkimlər tərəfindən müvafiq mühazirələr də oxunacaq. Bu mühazirələr mamalığın ən aktual mövzuları ətrafında olacaq. Mühazirələrə Lənkəran Perinatal Mərkəzinin doğuşa yardım xidmətində çalışan tibb personalı və cənub bölgəsində fəaliyyət göstərən mama-ginekoloqlar, mamaçalar və radioloqlar dəvət olunub. Əsas məqsəd göstərilən tibbi xidmətin keyfiyyətin yaxşılaşdırılmasıdır.

 

0.038809776306152