Azərbaycan cüdoçusu yarışı medalsız bitirib
Paralel.az xəbər verir ki, Azərbaycan cüdoçusu Uşangi Kokauri Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.
100 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən idmançı 1/8 finalda braziliyalı Rafael Silva ilə üz-üzə gəlib.
Əsas vaxtda qalib müəyyənləşməyib. Qızıl xal bölümündə rəqibinə vazari ilə uduzan Kokauri olimpiada ilə vidalaşıb.
Qeyd edək ki, daha əvvəl Kəramət Hüseynov (60 kq), Orxan Səfərov (66 kq), Rüstəm Orucov (73 kq), Murad Fətiyev (81 kq), Məmmədəli Mehdiyev (90 kq), Zelim Kotsoyev (100 kq) və Aişə Qurbanlı (48 kq) medal qazana bilməyib. Orucov bürünc medal uğrunda görüşdə uduzaraq beşinci yeri tutub.