Ramil Bayramlının Beyləqan və Xocavənd rayon xəstəxanasında direktor oyunu...

Ramil Bayramlının Beyləqan və Xocavənd rayon xəstəxanasında direktor oyunu...
 

Beyləqan mərkəzi xəstəxanasının direktoru vəzifəsini ələ keçirən rüşvətxor və cinayətkar Ruhəngiz Bəşirova, nəhayət əvvəl direktor işlədiyi, lakin rayon sakinlərinin şikayətlırinin təzyiqilə tərk etməyə məcbur olduğu Xocavənd xəstəxanasını əlində saxlamaq üçün özünə həm əməl, həm də xaraktercə yaxın olan Kifayət Hacıyevanı direktor təyin etdirib.


Beyləqan xəstəxanasında uzun müddət həkimi işləmiş, xəstə və sağlam adamlara rüşvətlə saxta əlillik təyin edilməsini təşkil etdiyinə görə, dəfələrlə töhmət almış, aşağı vəzifəyə keçirilmiş Kifayət Hacıyevanın Ruhəngiz Bəşirovanın istəyilə TƏBİB tərəfindən Xocavənd rayon xəstəxanasına direktor təyin olunacağı barədə bir neçə gün əvvəl verdiyimiz proqnoz çox keçməmiş təsdiqini tapdı.


Rayon əhalisinin yüksək dövlət orqanlarına göndərdiyi çoxsaylı şikayət materiallarında Xocavənd xəstəxanada qanunları kobud şəkildə pozmaqda və rüşvətxorluqda ittiham olunan sabiq direktor Ruhəngiz Bəşirova TƏBİB-in direktoru Ramin Bayramlının köməyilə bu ilin fevralında Xocavənddən Beyləqan rayon xəstəxanasının direktoru vəzifəsinə gətirilməsi ölkədə, Xocavənddə və Beyləqanda gündəmi zəbt etdi.


Bu dəyişiklik Beyləqanda tibb ictimaiyyətinin və əhalinin ciddi qəzəbinə səbəb oldu. Bu qəzəbin ciddi səbəbləri var. Bu çoxsaylı səbəblərdən ölkə ictimaiyyətinə mətbuatdan bəlli olan biri üzərində dayanacam.


Beyləqan ictimaiyyətini və rayon əhalisini qəzəbləndirən əsas səbəb odur ki, Ruhəngiz Bəşirova Xocavənd xəstəxanasında baş həkim işlədiyi dövrdə rüşvət almaqla və doğulmamış uşaqlara saxta sənəd tərtib edməklə, dövlətin pulunu mənimsəyib və cinayətkardır.

2016-cı ildə bu cinayət əməlinə görə, hətta Ağcabədi rayon prokurorluğunda R. Bəşirovaya cinayət işi açılıb, o, baş həkim vəzifəsindən 2 dəfə azad olunub. Lakin barəsində açılmış cinayət işinin ləğv olunmasına nail olub.


Lakin baş həkim ağır cinayət əməli törətdiyinə görə, məsuliyyətə cəlb olunmayıb, əksinə həbsə atılmaq əvəzinə o, yenidən baş həkim vəzifəsinə qaytarılıb. Bu da haqlı olaraq xocavəndlilərin ölkənin yüksək dövlət orqanlarına şikayət etmək üçün vəsilə olub.
Şikayətçilər 30 ildir Xacavənd icra hakimiyyətinin başçısı kreslosunda əyləşən Eyvaz Hüseynovun himayəsilə həbsdən qurtulan Xocavənd xəstəxanasının baş həkimi Ruhəngiz Bəşirovanın xəstəxanada törətdiyi ağır cinayət əməllərinin ölkə prezidentinə və Birinci vitse prezidentə çatması üçün mətbuat konfransı keçirib onları ifşa ediblər.


Lakin rayon əhalisinin ardıcıl şikayətlərinə baxmayaraq Eyvaz Hüseynovun dəstəyilə sənədlərlə sübut olunmuş  cinayətlərin üstünü örtüb və "aydan arı, sudan duru" çıxan istəyinə nail olub.

Ruhəngiz Bəşirova TƏBİB-in direktoru Ramin Bayramlı ilə aralarında olan "yaxınlıqdan" istifadə edib, Kifayət Hacıyevanı da Xocavənd rayon xəstəxanasının direktor kürsüsünə əyləşdirib. Hazırda Xocavənd və Beyləqan rayon xəstəxanalarını əlinə keçirən və "qaz vurub, qazan dolduran" Ruhəngiz Bəşirova ölkə Prezidentinin rüşvətxorluqla mübarizə siyasətinə meydan oxuduğu hər iki rayonda aydın görünür...


Aldığımız xəbərə görə, Ruhəngiz Bəşirovanın təqdimatı, TƏBİB-in direktoru Ramil Bayramlının əmrilə Xocavənd rayon xəstəxanasının direktoru vəzifəsinə keçən və Ruhəngiz Bəşirovanın təlimatı ilə işə başlayan Kifayət Hacıyeva işçilərə ilk müdhiş tapşırıqlarını çox kobud, mədəniyyətsiz və qanunazidd tərzdə verib: "hər bir işçi sabahdan vaksinasiya üçün 2 nəfər cəlb etməlidir. Tapşırığı yerinə yetirməyən tibb və texniki işçilərdən ilk dəfə izahat alınacaq, mənim tələbimi təkrar ödəməyən işçilər işdən azad olunacaqlar"-deyib!..


Xocavənd rayon xəstəxanasına yeni direktor təyin olunmuş Kifayət Hacıyeva hələ də bilmir ki, vətəndaş heç kimin təhriki, təzyiqi və məcburetməsilə vaksinasiya edilə bilməz!...

Züleyxa

P. S. Beyləqan MX direktoru Ruhəngiz Bəşirova özünü işçilərə DTX rəisi Əli Nağıyevin yaxını kimi qələmə verərək, işə qəbul etdiyi şəxslərdən əmin -arxayın rüşvət yığdığı bildirilir.

0.079517126083374