“Tələb etməyənə ƏDV verilmir”
Cəmiyyətdən gələn mesajlar özündə əsasən, sosial və iqtisadi sahədə yaşanan problemləri əks etdirir. Bu sırada növbəti şikayət, bəzi market şəbəkələrində ƏDV çekinin verilməməsi barədədir: “Böyük marketlərin, “Araz” da daxil olmaqla bəzi satış məntəqələrində insanlar tələb etməyəndə ƏDV və bonusları çıxarıb vermirlər. Kassirlər sadəcə olaraq, aldığımız ərzağın qiyməti yazılan çeki verirlər. Halbuki insanların hamısına ƏDV çeki və qazandığı bonuslar lazımdır. Amma alış-veriş zamanı kimsə onu tələb edəndə verilir, etməyənə isə verilmir. Əslində, marketlərdə yeni nəsil aparatları olduğu üçün bu qəbzlər avtomatik olaraq verilməlidir, amma buna əməl edən çox azdır”.
Nigar