Minsk Qrupu münaqişənin həllində maraqlı deyil

Minsk Qrupu münaqişənin həllində maraqlı deyil
 

Paralel.az xəbər verir ki, ABŞ dünya super-gücü olaraq yenə Azərbaycan-Ermənistan sərhədində baş verən eskalasiyaya həmişəki kimi şablon münasibət bildirib. Belə ki, ABŞ Dövlət Departamentinin sözçüsü məsələyə bu cür münasibət bildirib: "ABŞ Azərbaycan və Ermənistanı mümkün qədər tez danışıqlara qayıtmağa çağırır. ABŞ son vaxtlar Ermənistan-Azərbaycan arasındakı beynəlxalq sərhəddə şiddətin artmasını pisləyir. Ermənistanı və Azərbaycanı atəşkəs öhdəliklərinə riayət etməyə və vəziyyətin de-eskalasiyası üçün təcili addımlar atmağa çağırırıq".
Əslində isə problemin kökündə Ermənistan dövlətinin Azərbaycanın ərazi bütövlüyünü tanımaması, sərhədlərin müəyyənləşdirilməsini erməni tərəfi sabotaj etməsidir. Bunu ABŞ Dövlət Departamenti də bilməmiş deyil, sadəcə olaraq, Vaşinqton hələ də "dovşana qaç, yazıya tut" siyasətindən əl çəkməməsi münaqişənin həllində səmimi olmamasından xəbər verir.
Bizə elə gəlir ki, yalnız münaqişənin anası olan Rusiya onun həllində səmimi deyil, əsil həqiqətdə isə ATƏT-in Minsk qrupunun hər üç həmsədri münaqişənin həllində maraqlı deyil.


Akif

0.043341159820557