Vətəndaş qapısız qalıb

Vətəndaş qapısız qalıb
 

Bakı şəhəri, M.K.Atatürk prospekti ev 47 sakini Əhməd Əliyev üzləşdiyi problemdən bəhs edib. Vətəndaş qeyd edib ki, 15.02.2021-ci il tarixdə “Avropa Qapıları” şirkətinə 3 ədəd mənzil qapısı sifariş verib: “10.02.2021-ci il tarıxdə şirkətin nümayəndəsi Şahlar müəllimə qapıların ölçüşü alınarkən, beş yüz manat beh ödəmişəm. Amma ödədiyim pul müqabilində mənə kassa çeki verilmədi. 05.03.2021-ci il tarıxdə sifarişi qəbul edən Rəsmiyyə Məhərrəmova qapıların hazır olduğunu və şirkətə gəlib qalan borcu ödəməyimi xahiş etdi. 06.03.2021-ci il tarixdə borcumun 554 manatından 500 manatını ödədim. Sifarişin ümumi dəyəri 1054 manat təşkil edirdi. Qalan 54 manatın isə qapılar quraşdırılandan sonra ödəniləcəyinə razılaşdıq. Bu ödəniş zamanı yenə də mənə rəsmi maliyyə sənədi, kassa çeki və ya mədaxil orderi verilmədi. 11.03.2021-ci il tarixdə qapıları gətirdilər, amma onlar

mənim sifarış etdiyim deyıldi. Tam başqa, tələbatıma uyğun olmayan qapılar idi. Mən qapıları geri qaytardım və səhəri günü şirkətin Teymur Əliyev küçəsindəki baş ofisinə gedərək ödədiyim məbləğin - 1000 manatın geri qaytarılmasını xahiş elədim. Əfsuslar olsun ki, cəmi bir dəfə şirkətin rəhbər işçilərindən Aqil adlı şəxslə danışa bildim. Davamlı olaraq bir neçə dəfə şirkətlə əlaqə saxlamışam, dəfələrlə gedib müdirin qəbuluna düşmək istəmişəm, amma üzləşdiyim problemə heç bir reaksiya verilməyib və tədbir görülməyib. Mən İqtisadiyyat Nazirliyi yanında yaradılmış Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin qaynar xəttinə dəfələrlə zəng etsəm də nəticəsiz qalıb.

Əlacsız qalıb Nərimanov rayon prokurorluğuna ərizəylə müraciət etdim. Ordan da mənə dedilər ki, rayon polisi bu barədə məlumatlıdır. Lakin bu vaxta kimi nə prokurorluqdan, nə də polisdən bir xəbər gəlib. Sonra Azad İstehlakçılar Birliyinə və ali dövlət orqanlarına müraciət etdim. Lakin bugünə kimi heç bir dövlət orqanından bu məsələyə praktik kömək olmayıb. Şirkətə

ödədiyim 1000 manatın, mənə dəymiş mənəvi və maddi zərərin kompensasiya şəklində ödənilməsini, “Avropa Qapıları” şirkətinin bu qanunazidd hərəkətləri barədə KİV-ə, uyğun dövlət orqanlarına məlumat verilməsini xahiş edirəm”.

Nigar

0.035475015640259