Ermənipərəst konqresmen yenə quyruq bulayır
ABŞ Konqresinin Nümayəndələr Palatası ABŞ dövlətinin 2022-ci il üçün xarici dövlətlərə yardım nəzərdə tutan qanununa düzəlişlə bağlı qərarı təsdiqləyib. Həmin düzəlişlə hökumətdən Azərbaycana yardımı dayandırmaq tövsiyyə olunur.
Məlumat üçün qeyd edək ki, sözügedən düzəlişin müəllifi çoxdan ermənipərəst mövqeyi ilə tanınan konqresmen Frank Pollonedir.
Maraqlıdır ki, Azərbaycan ictimaiyyəti bu səpkili məlumatlarla əsasən xarici informasiya mənbələrindən tanış ola bilir.
Cənablar, indi internet əsridir, xoşumuza gəldi-gəlmədi, xeyrimizə, yaxud ziyanımızadır heç bir faktı gizli saxlamaq lazım deyil. Əksinə, cəmiyyət nə baş verdiyindən məlumatlı olmalıdır ki, dostu düşməndən vaxtında ayıra bilsin.
Səma