Peyvənd məntəqələrində sıxlığı necə aradan qaldırmalı?

Peyvənd məntəqələrində sıxlığı necə aradan qaldırmalı?
 

Ədalət Rüstəm: "Bu yolla bir həftə ərzində bütün ölkə üzrə peyvəndləmə prosesini yekunlaşdırmaq olar"

Məlum olduğu kimi, Nazirlər Kabinet yanında Operativ Qərərgahın ötən həftə verdiyi qərarından sonra Bakı şəhərinin koronavirusa qarşı peyvənd məntəqələrində sıxlıq müşahidə olunmaqdadır. 1 sentiyabır tarixi yaxınlaşdıqca, bu sıxlıq daha da intensivləşəcək. Sıxlıq isə yoluxmanın sürətini artıran əsas amillərdən biridir. Bəs, bu sıxlıq nesə aradan qaldırılmalıdır?

Bununla bağlı söhbətləşdiyimiz tibb elmləri doktoru, professor Ədalət Rüstəm bildirdi ki, bunun çox sadə bir yolu var: "Yadınızdadırsa, ötən əsrin 70-80-ci illərində Azərbaycanda orta məktəb şagirdlərini müxtəlif xəstəliklərə qarşı peyvənd edirdilər. O vaxt ölkədə təxminən 1,5 milyon şagird var idi. Bu qədər şagirdi 2 saat ərzində peyvənd etdilər. Tibbi infrastrukuru mövcud idi, hər kənddə ən azı feldşer-mama məntəqəsi fəaliyyət göstərirdi. Həmin tibb məntəqələrinin işçiləri ölkə üzrə eyni vaxtda öz ərazisindəki məktəbin şagirdlərini peyvənd edirdi. İndi də həmin təcrübədən istifadə etmək lazımdır. Vaksinasiyanın başlanmasından artıq altı ay vaxt keçib, hələ əhalinin cəmi 2,6 milyon nəfəri tam immunitet alıb, amma o vaxt 1,5 milyon nəfəri 2 saata peyvəndləyirdilər. Səyyar briqadalar yaranmalıdır, həmin briqadaları sahə müvəkkilinin müşayəti ilə yaşayış məntəqələrinə göndərməklə orada peyvəndləmə iş aparılmalıdır. Briqadalar vaksinləri saxlamaq üçün kiçik həcmli soyuducularla təmin edilməlidir. Yalnız "Pfayzer" vaksini mənfi 70 dərəcədə saxlanılmalıdır, kim həmin peyvəndi almaq istəyirsə, getsin, müvafiq sağlamlıq ocaqlarında növbəyə dursun. Hesab edirəm ki, bu yolla bir həftə ərzində bütün ölkə üzrə peyvəndləmə prosesini yekunlaşdırmaq olar. Prosesi sürətləndirmək vacibdir, başqa yolumuz yoxdur. Bu koronavirusa qarşı mübarizənin İsrail üsuludur. İsraildə artıq əhalinin 95 faizi peyvəndlənib. Elə Naxçıvanda da vəziyyət təxminən eynidir, əhalinin 80 faizə qədəri artıq peyvəndlənib. Koronavirus pandemiyasının yeni dalğasına qarşı mübarizəni, yalnız vaksinasiyanı genişləndirməklə aparmaq lazımdır".

Akif Nəsirli

0.181795835495