İşğal altında olan torpaqlar 30 il narkoticarətə işləyib

İşğal altında olan torpaqlar 30 il narkoticarətə işləyib
 

Ermənilərin bu naqisliklərini xarici diplomatlara və jurnalistlərə göstərməliyik

 Az qala hər gün işğaldan azad edilən ərazilərimiz barədə belə xəbərlər eşidirik: "Qubadlıda ermənilərdən qalan 5 tondan artıq narkotik aşkar edilib. Qədili kəndi ərazisində çəkisi 5 tondan artıq olan 7982 ədəd çətənə kolunun kökündən çıxarılaraq yandırılması təmin edilib". Bu o deməkdir ki, 30 ilə yaxın bir dövr ərzində ermənilər işğal altında saxladıqları torpaqlar üzərində yerləşən şəhər və kəndləri talan etməklə, altını üstünə çevirməklə, kanalizasiya borularını belə, söküb daşımaqla kiayətlənməyiblər, həm də bəşəriyyətin bəlasına çevrilən narkotik ticarətinin genişlənməsinə töhfə veriblər. Bəşəriyyətin "ağ ölüm"ü adlanan narkotik bitkilərin Qarabağda və onun ətrafında işğal edilən ərazilərdə əkilib, becərilməsi faktını Azərbaycan hökuməti və cəmiyyəti beynəlxal səviyyətə geniş şəkildə işıqlandırmalıdır ki, görün ermənilər işğal dövründə bu ərazilərdə hansı işlərləə məşğul olublar.

Azərbaycan hökuməti torpaqları işğal altında olduğu dövrdə həmin əraziləri "nəzarətdən kənarda qalan" ərazilər kimi xarakterzə edərkən, məhz bu tip zərərli fəaliyyətləri nəzərdə tuturdu. Fikrimizcə, Azərbaycan dövləti torpaqlarımız işğal altında olarkən tutduğu kursu davam etdirmək üçün daha geniş imkanlara malikdir. Çünki ərazi tam olaraq ordumuzun nəzarəti altındadır, müşahidələr zamanı şübhə doğuran ərazilərə yaxınlaşmaq, foto və ya videosunu çəkmək, əyani sübut vəsaiti kimi məhkəmə dartışması sənədlərinə əlavə etmək olar. Qeyri-rəsmi məlumatlara görə, Metsamor AES-inin tullantıları işğaldan azad edilən Azərbaycan torpaqlarında bastırılıb. Bunlar sadə "şlak"lar deyil, atom-nüvə şüalanması yarada bilən tullantılardır. Ona görə də, həmin tullantıların qəbristanlığı tapılmalı, onların dünya standartlarına uyğun utilizasiyası həyata keçirilməlidir. Buna qədər, beynəlxalq hüquqa görə, Ermənistan nüvə tullantılarını bastırarkən Azərbaycandan icazə almalı idi. İcazə almaması bir yana, heç nüvə tullantılarının bastırıldığı qəbristanlığın yeri belə Azərbaycan dövlətinə bildirmir. Bu da beynəlxal cinayətlər sırasındadır. Sabah-birisi gün əraziyə böyük köç başladıqdan sonra geniş tikinti-quruculuq işləri başlayacaq, hardasa qazıntı işi aparılarkən nüvə tullantılarının konteynerinin zədələnməsi daha böyük faciəyə səbəb olacaq. Bu tank əleyhinə minadan dəfələrlə böyük ziyan verə bilər. Bu da beynəlxalq ictimiyyətin diqqətinə çatdırılmalıdır. Dövlət onsuz da vaxtaşırı xarici ölkələrin Azərbaycandakı səfirlərin və xarici jurnalistlərin işğaldan azad edilən ərazilərə səfərini təşkil edir. Həmin səfirlərə və jurnalistlərə həmin narkotika plantasiyaları mümkün qədər nümayiş etdirilməlidir. Qoy onların - neytral şəxslərin dili və qələmi ilə bu faktlar işıqlandırılsın.

 Akif Nəsirli

0.024074077606201