Gənclərimizi zəhərləyən "patı" nədir?
Gülnarə Abbaslı: "İnsan 3-5 gündə sərf etdiyi enerjini metamfetaminin ("patı") təsiri altında bir neçə saata sərf edir"
Paralel.az xəbər verir ki, son zamanlar demək olar ki, hər gün "patı" və ya "şüşə" adı ilə məşhurlaşan narkotik vasitələrin satışı ilə məşğul olan insanların qurup şəklində saxlandığı barədə informasiyalara rast gəlirik. Bunu 21-ci əsrin bəlalarından biri kimi də dəyərləndirmək olar. Adamı zombiyə çevirən sintetik tərkibli narkotik vasitələrdən istifadə edənlərin sayı durmadan artır, onların əksəriyyəti yaşı 30-a qədər olan vətəndaşlarımızdır. Kimyəvi maddə olan metamfetamin (istifadəçiləri arasinda "şüşə" və ya "patı" kimi adlandırılan) narkotik psixostimulyatorlardan istifadənin populyarlığı onun ucuzluğu və insan bədənində "müsbət dəyişikliklər" yaratmaq gücü ilə xarakterzə edilir. "Patı"dan və digər sintetik tərkibli uyuşduruculardan istifadə edənlər qısa müddətdə görünməmiş şüur aydınlığı, güc və aktivlik qazana bilir.
Təbii şəraitdə yetişdirilən narkotik maddələr 5-8 dəfə, sintetik uyuşdurucular isə 2-3 dəfə istifadədən sonra asılılıq yaradır. Sintetik uyuşdurucuların müalicəsi təbii narkotiklərə nisbətən daha çətindir. Belələrinə qarşı uzunmüddətli müalicə aparılmalıdır ki, nəticə əldə etmək mümkün olsun. Sintetik uyuşdurucu istifadəçilərində həm də digər narkomanlara nisbətən ölüm riski yüksəkdir.
Sintetik uyuşdurucular təbii şəraitdə yetişdirilən narkotik maddələrdən daha ucuz olur. Ona görə də onun satış dövriyyəsi sürətlə genişlənir, istifadəçilərinin sayı durmadan artır. Qeyri-rəsmi məlumatlara görə, əvvəllər xaricdən gətirilən sintetik uyuşdurucular hazırda daxildə istehsal olunur. Belə laboratoriyalar daha çox rayonlarda qurulur, şəbəkələnir və açıq şəkildə fəaliyyət göstərir.
Bununla bağlı açıqlama verən həkim-anestozoloq Gülnarə Abbaslı bildirib ki, sintetik narkotiklərin əsas tərkib hissəsi olan metamfetamin İkinci Dünya Müharibəsində əsgərlərə yatmamaq, oyaq qalmaq üçün verilib: "Bu maddət həmin təyinat üçün yaradılıb. Sonralar isə bir yaponyalı alim onu gücləndirərək narkotik biznesinə gətirib. Digər narkotiklər bədəndə boşalma, əzginlik və yuxulama gətirdiyi halda, metamfetamin, əksinə insanın gücünü dəfələrlə artırır. Bu maddəni qəbul edən insanda qısa müddətdə bədənin hərarəti qalxır, ürəyin döyünmə sayı maksimuma çatır, göz bəbəkləri genişlənir və gücü 5-10 qat artır. İnsan özünü məğlubedilməz qəhrəman hiss edir. Metamfetamin qəbul edən insanlar o qədər aqressiv olur ki, onlar ətrafındakı hər bir şəxsə zərər verə, öldürə, hətta özünə də sui-qəst edə bilər. "Patı" və ya "şüşə" qəbul edən adamlar zirvələri, yüksəkliyi xoşlayır və yüksəkliklərdən qorxmur. İnsan 3-5 gündə sərf etdiyi enerjini metamfetaminin ("patı") təsiri altında bir neçə saata sərf edir. Belə insanlar özlərini toxunulmaz və yenilməz hesab edir, eyni zamanda bundan zövq alır. Bu narkotikin təsir müddəti isə cəmi 7-10 saat çəkir, sonra isə insan əzgin, halsız, yorğun vəziyyətə düşür, buna tibbdə "obsimin sindrom" (narkomanlar arasında isə "lomka") deyilir. Bunu bir dəfə istifadə edib təsirindən çıxan adam yenidən o hissləri duymaq, keçirmək üçün gedib yenidən "patı" alır. Artıq 2-3 dəfə istifadədən sonra insanda çox ciddi asılılıq yaranır. İnsan orqanizmində bir "bufomin" adlanan zovq hormonu var, o adi halda orqanizmdə normal həcmdə yaranır. Orqanizm hər hansı bir təsir altında qan dövranını sürətləndirmək, ürək döyüntülərini normallaşdırmaq, temperaturu qaldırmaq üçün həmin zövq hörmonundan istifadə edir. Metamfetaminin təsiri altında yuxarıda sadaladığımız effekti yaratmaq üçün zövq hörmonundan orqanizm aşırı dərəcədə istifalə edir və həmin hörmon bitərkən insan narkotikin təsirindən çıxır. "Bufomin" hormonu həm də insan hügeyrələri arasında informasiya ötürmək funksiyasını yerinə yetirir. Narkotik vasitə qəbulu zamanı bu hormonun həm ifrazı artır, həm də istifadəsi çoxalır. Narkotik təsirindən çıxandan sonra isə həmin hormon orqanizmdə normal həcmdə olmadığından insan özünü kəskin pis hiss edir, orqanizm normal iş rejimində çalışa bilmir. Ona görə də insanlarda asılılıq yaranır, "patı" qəbulundan sonra vəziyyət normallaşır".
Onu da xüsusi qeyd etmək lazımdır ki, bu narkotiki eyni zamanda, insan orqanizminin digər orqanlarına ciddi əks təsiri var. Belə ki, bir neçə ay aşırı formada bu narkotiki qəbul edən insanların daxili orqanlarında fəsadlar başlayır və nəticədə insan dünyasını dəyişir. Ən dəhşətlisi isə odur ki, bu narkotik daha çox gənclər arasında porulyardır. İstənilən bir ölkənin gələcəyi hesab olunan gənclərin kabusuna çevrilən bu bəlaya qarşı təkcə hüquq-mühafizə orqanları yox, həm də bir cəmiyyət üzvü olaraq, hər birimiz mübarizə aparmalıyıq.
Akif Nəsirli