"Qədim millət" indi də "texnoloji millət" şüarını irəli sürmək istəyir
Erməni startapları yüz milyonlarla investisiya cəlb edə bilib
"Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz:
"Ermənilərin Krisp startapının qurucusu David Baqdasaryan bildirib ki, ötən bir il ərzində erməni startapları 69 milyon $ investisiya cəlb ediblər.
Məsələn, Krisp - 14 mln $., CoinStats - 1,2 mln .$, Scylla AI - 3,7 mln. $, 10Web - 2 mln.$, InSpace - 6 mln.$, SuperAnnotate - 14,5 mln.$, SoloLearn - 24 mln.$
Təsisçiləri erməni olan, Ermənistanla sıx bağlılığı olan və xaricdə yerləşən ServiceTitan startapı 700 mln.$, CodeSignal startapı 25 mln.$, Disqo startapı isə 13,5 mln.$ investisiya cəlb edə biliblər.
Eyni zamanda son zamanlar diqqətimi cəlb edib ki, erməni təsisçisi olan startaplar, Aarki 150 mln. $ və Epic! 500 mln.$-a satılıb.
Baqdasaryan texnoloji bir millət formalaşdrımaqdan başqa yollarının qalmadığını bildirib.
Beləliklə, belə görünür ki, ermənilər artıq “qədim millət” şüarından imtina edib, “texnoloji millət” statusu qazanmaq niyyətindədirlər.
Qeyd edim ki, yuxarıda sadalanan məbləğlər Ermənistan üçün çox böyük rəqəmlərdi.
Hiss olunur ki, erməni diasporası, erməni investorları məğlub ölkənin çıxış yolu olaraq texnologiyaları və innovasiyaları önə çəkirlər.
Ümid edirəm ölkəmizdə startap və innovasiya ekosisteminə cavabdeh olan NRYTN, VXSİ Dövlət Agentliyi, KOBİA və digər qurumların da bu rəqəmlərdən xəbərləri var.
Bu gedişlə proqnozlaşdırmaq da olar ki, yaxın illərdə Ermənsitan büdcəsi ekosistemdən gələn gəlirlər hesabına böyük vəsaitlər əldə edə biləcək.
P.S. İnnovasiya Agentliyimizin adını cavabdeh qurum olaraq ona görə qeyd etmirəm ki, belə görürəm ki, səlahiyyətli yuxarı qurumlar üçün də bu Agentlik artıq “yoxdur” kimi bir şeydir .
Ötən günlərdə NRYTN -in startaplarla görüşündə bu qurumdan ümumiyyətlə heç kim iştirak etmirdi. 2-3 il ərzində öz fəaliyyətini qura bilməmək çox təəssüfləndirici bir haldır".
Paralel.az