Moskva göz yaşlarına inanmasa da Oqtay Şirəliyevə inanır

Moskva göz yaşlarına inanmasa da Oqtay Şirəliyevə inanır
 
Uzun illər səhiyyə naziri vəzifəsini daşıyan və demək olar ki, ölkənin səhiyyə sisteminin anasını ağladan 71 yaşlı sabiq nazir Oqtay Şirəliyevin yenidən qayıdışı heç də pis alınmayıb. Onu təkrar nazir postuna sıçradığı Respublika Diaqnostika Mərkəzinə, əvvəlki işinə-direktor vəzifəsinə təyin ediblər. Nadir hallarda ayıq vəziyyətdə olan O. Şirəliyevin yaşı da nəzərə alınsa iş əmsalının sıfır olacağı öncədən bəllidir. Eləysə rəhbər kimi özünü doğrultmayan Oqtay həkimə hansı müsbət məziyyətlərinə görə vəzifə etibar olunur? Burda diqqəti çəkən məqam təyinatın ölkə prezidentinin Moskva səfərindən az sonra baş verməsidir.
 
Paralel.az xəbər verir ki, Moskvaya bağlı olan Şirəliyevin qızı Moskva səhiyyə baş idarəsində direktor müavini kimi önəmli vəzifə sahibidir. Mümkündür ki, Oktay həkimin xahişini Moskva səfərində prezident İ. Əliyevdən Rusiyalı həmkarı edib. “Böyük dayaq” filmində katib kolxoz sədri Rüstəm kişiyə Kələntərovla bağlı necə demişdi: bunada gör kolxozda bir iş tapa bilərsənmi. Putinin xahişi də təxminən buna bənzər olub. Çar Putin həm də burdakı 5-ci kolona işarə vurur ki, Moskva göz yaşlarına inanmasa da, Şirəliyev kimi ruspərəstlərə inanır və onları çətin məqamlarında darda qoymur.
 
Səma
0.032064914703369