Döyüşçülər ailəsi Respublika Klinik Xəstəxandan narazıdır

Döyüşçülər ailəsi Respublika Klinik Xəstəxandan narazıdır
 

Elşən Quliyev: "Hazırda iki qardaşım, bacı və qardaşlarımızın 5 oğlu düşmənlə üzbəüzdür, biz bu Vətən üçün döyüşürük, Vətəndə isə xəstəmizi normal müalicə edən yoxdur. Sizdən xahiş edirəm, bizə, döyüşçülər ailəsinə kömək edin"

Paralel.az xəbər verir ki, son zamanlar Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasının passientlərindən redaksiyamıza tez-tez şikayətlər daxil olur. Belə şikayətlərdən biri bu gün Beyləqan rayonunun Əlinəzərli kənd sakini Quliyev Elşən Miriş oğlu redaksiyamıza ünvanlayıb. Şikayətçi bildirir ki, bacısı Quliyeva Əntiqə Miriş qızı şəkər xəstəsidir və dünən ağır vəziyyətdə Respublika Klinik Xəstəxanasına yerləşdirilib: "Əvvəl xəstəni xəstəxananın birinci korpusuna yerləşdirdilər. İlkin müayinələr zamanı vəziyyətlə tanış olduqdan sonra xəstəni birinci korpumun reanimasiya şöbəsinə köçürdülər. Sonra isə bildirdilər ki, xəstə hemodializə olunması üçün özəl xəstəxanaya aparılmalıdır. Mən etiraz etdim ki, xəstəni Beyləqan Rayon Mərkəzi Xəstəxanasından rəsmi göndərişlə bu xəstəxanaya göndəriblərsə, burada hemodializa imkanları ola-ola nə üçün xəstəni özəl xəstəxanaya göndərirsiniz? Mən xəstəni ümumiyyətlə, xəstəxanadan çıxarmaq istəyəndə razılaşdılar ki, elə bu xəstəxanada hemodializə olunacaq. Dunən hemodializa olunub, amma reanimasiya şöbəsində xəstəyə baxan yoxdur. Nə xəstəyə baxırlar, nə də xəstəmi vermirlər ki, başqa xəstəxanaya aparım. Quliyeva Əntiqənin bir qardaşı birinci, iki qardaşı isə ikinci Qarabağ savaşının iştirakçısıdır. Hazırda iki qardaşım, bacı və qardaşlarımızın 5 oğlu düşmənlə üzbəüzdür. Biz bu Vətən üçün döyüşürük, Vətəndə isə xəstəmizi normal müalicə edən yoxdur. Sizdən xahiş edirəm, bizə, döyüşçülər ailəsinə kömək edin".

Hələki, Respublika Klinik Xəstəxansı ilə əlaqə saxlamaq cəhdlərimiz baş tutmayıb, əlaqə yaranan kimi xəstəxananın mövqeini də oxucuların diqqətinə çatdıracağıq.

Akif

0.072048902511597