"Karanti"n əvvəldən əclaf olub
İlyarımdan çoxdur ki, KARANTİN sözü ilə yatıb oyanırıq. Və nədənsə hər dəfə bu sözü eşidəndə adamın yadına “Uzaq sahillərdə” filmindəki mənfi obraz-Karrantin düşür.
"Traynoy” agent Karranti Mixaylo tərəfindən yaxalananda “mən alman deyiləm, mən italiyan deyiləm, mən, mən...” deyib biclik işlətmək istəyəndə Mixaylo ona layiq olduğu adı deyir-“SƏN ƏCLAFSAN”. Bu gün biz də Karrantin kimi sonu görünməyən bir əclaf karantin rejimində yaşamağa məhkum edilmişik. Deyim ki, Nazirlər Kabinetinin hər dəfə ömrünü “uzatdığı” karantin rejiminin insanlara xeyri var, yalan söyləmiş olaram. Əksinə, bu lüzumsuz rejim tətbiqi insanların həyatına, davranış və dolanışığına mənfi təsir göstərir.
Paralel.az xəbər verir ki, toylara icazə verilir,amma bu zaman elə mənasız qadağalar qoyulur ki, bir neçə saatlıq sevinmək istəyən toy sahibinin sevinci burnundan gətirilir.
Biz hələ toy və yas yerlərinin nəzarətedici orqanlar üçün yeni gəlir mənbəyi olduğundan danışmırıq. Artıq avropalılar məhdudiyyət və şərtlərə kütləvi etirazlarını bildirmək üçün küçələrə çıxıblar. Paris, Roma və Avropanın digər paytaxt şəhərlərində insanlar bezdirici məhdudiyyətlərin ləğvini tələb edirlər. Fransada polislə toqquşmayla keçirilən 160 minlik etiraz aksiyası bəhrəsini verib və Senat karantin qaydaları ilə bağlı qəbul etməyə hazırlaşdığı sərt qanun layihəsinə düzəlişlər etməyə məcbur olub.
Bizdə isə hələ ki, baş nazir Əli Əsədovun “əclaf karantininin” ömrü sentyabrın 1-dək uzadılıb. Ehtimal ki, rejim rejimin ömrünü ən azı yeni ilə qədər uzadacaq.
Səma