Yarmarkalarda niyə "it hürüb, çaqqal çağırır"?
İkisi Bakı şəhərində, biri isə Xırdalanda olmaqla, "Kənddən şəhərə" illuzial şüarı altında hər həftənin şənbə və bazar günləri kənd təsərrüfatı məhsulları yarmarkası keçirilir. Bu yarmarkaların qeydiyyat xarakteri daşımasına dair çoxsaylı əlamətlər tapmaq olar. Yarmarkaların təşkilində satıcıların şəhərın digər bazarlarından cəlb edilməsindən tutmuş, qiymətlərin başqa bazarlardan fərqlənməsinə qədər rəngarəng xarakterik əlamətləri göstərmək olar. Lakin həftəsonu - ictimai nəqliyyatın fəaliyyət göstərmədiyi şənbə və bazar günləri Bakıda iki yarmarka keçirməyin məntiqi nədən ibarətdir? Yəni Kənd Təsərrüfatı Nazirliyi (KTN) demək istəyir ki, ictimai nəqliyyatın işləmədiyi günlərdə keçirdiyi iki yarmarka ilə paytaxt əhalisinin "ucuz" kənd təsərrüfatı məhsulları ilə təmin edir? Məsələn, yarmarkanın bir neçə kilometrliyində yaşayanlar üçün belə taksi tutub yarmarkalardan bazarlıq etmək iqtisadi baxımdan səmərəsiz sayılır. Çünki yarmarkada edilən bazarliqla məhəlli market bazarlığı arasında 1-2 manat fərq olsa da, taksiyə ən azı 5 manat vermək lazım gəlir. Elə isə KTN bu yarmarkaları hansı məqsədlər üçün təşkil edir?
Birincisi, KTN-da bu yarmarkaların təşkili üçün necə illərdir müəyyən məbləğdə vəsait ayrılır ki, həmin vəsaitin əksər hissəsini nazirlik əməkdaşları korrupsiya yolu ilə mənimsəyir. Həmin mənimsəməkdə nazirə qadər bütün ierarxiya pillələrinin payı var. Həmin pillə yetkililəri də lazım gələn anda bu yarmarkaların "vacib əhəmiyyətini" vurğulayırlar ki, mövsümdə "axan bulaqları" qurumasın. Burada yerli icra hakimiyyətinin də xüsusi maraqları var.
Digər tərəfdən isə bu tədbirin bir reklam effekti də var. Bu tədbiri görüntü xarakterli təşkil edirlər ki, ölkədə bir tərəfdən bu yolla fermerlərə dəstək verildiyini, digər tərəfdən isə şəhər əhalisini "ucuz" kənd təsərrüfatı məhsulları ilə "təmin etdiklərini" gözə soxsunlar. Əslində isə nə o yarmarkalarda fermerlar iştirak etmir, nə də orada ciddi qələbəlik hiss olunmur, atalar demiş, yarmarkalarda "it hürüb, çaqqal çağırır".
Bu yarmarkaların təşkili real məntiqə söykənsəydi, heç olmasa, onları şənbə və bazar günləri ictimai nəqliyyat işləmədiyini nəzərə alaraq, onu həftənin başqa günlərinə keçirərdilər..
Akif