“Delta” variantında inkubasiya müddəti daha qısadır

“Delta” variantında inkubasiya müddəti daha qısadır
 

Paralel.az xəbər verir ki, alimlər koronavirusun olduqca yoluxucu “Delta” variantı haqqında çox vacib məlumat əldə edib. Çində aparılan bir araşdırma “Delta” variantının sürətlə dominant olmasının səbəblərini üzə çıxarıb. O özünü 1000 qat daha çox kopyalayır və üç qat daha yoluxucudur.

Qeyd edək ki, ilk dəfə 2019-cu ilin son günlərində Çinin Uhan şəhərində ortaya çıxan və sonra dünyaya yayılan koronavirus (Covid-19) on milyonlarla insana yoluxub, dörd milyondan çox insan isə həyatını itirib.

Köhnə həyat normalarımızı tərk etməyimizə səbəb olan virusla bağlı hazırda bütün dünyada bir çox elmi araşdırma aparılır. Elm adamları artıq bir müddətdir ki, “Delta” variantına diqqət yetirirlər. Koronavirusun “Delta”

variantının orijinal virusdan daha sürətli yayıldığı artıq elmi olaraq sübut edilib. Mütəxəssislər sürətlə yayılan “Delta” variantını deşifrə etmək üçün çalışırlar. Bu tədqiqatlardan biri də Çindəki Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Guangdong Mərkəzində aparılıb. Mütəxəssislər “Delta” variantı olan 62 xəstənin məlumatlarını 2020-ci ildə 63 koronavirus xəstəsi ilə müqayisə edib. “Daily Mail”in xəbərinə görə, mütəxəssislər alınan nəticələrlə “Delta” variantının bu qədər sürətlə necə yayıldığını açıqlayıb. Tədqiqatda virusun özünü daha sürətli təkrarladığı və “Delta” variantı olan xəstələrdə bədəndəki inkubasiya müddətinin daha qısa olduğu ortaya çıxıb.

Mütəxəssislər bu məlumatların “Delta” variantının sürətli üstünlük təşkil etməsinin açarı olduğunu vurğulayıb. Virusun ən çox can aldığı ABŞ-da yeni hadisələrin yalnız yüzdə 10-u iyun ayının ortalarında “Delta” variantı

kimi aşkar edilib, bu nisbət iyul ayının ortalarında yüzdə 83,2-yə yüksəlib.

Nigar

0.05443811416626