COVİD-19-un yeni növü aşkarlandı

COVİD-19-un yeni növü aşkarlandı
 

Virusun yeni növü daha aqressiv ola bilər

Paralel.az xəbər verir ki, COVİD-19 virusunun daha bir mutasiya olunmuş variantı aşkarlanıb. Virusun bu mutageni İngiltərədə askarlansa da, hələ ona nə ad qoyulmayıb, nə də xarakteristikası, digər variantlardan fərqi barədə məlumat verilmir. Lakin mütəxəssislər ehtimal edir ki, virusun yeni növü daha aqressiv xüsusiyyətlərə malik ola bilər. Ona görə ki, virus "yaşamaq uğrunda mübarizə" aparir. Bunun üçündə hər bir yeni mutasiyası daha aqressiv olur.
İngiltərənin İctimai Sağlamlığın Mühafizəsi İdarəsi (PHE) 16 nəfərdə koronavirusun yeni növünün aşkar edildiyini bəyan edib. Koronavirusun mutasiya olunmuş yeni variantı B.1.621 adlanır. Bildirilib ki, mutasiyanın virusun davranışına təsirini daha yaxşı anlamaq üçün idarənin həkimləri SARS-CoV-2-nin bu variantı üzərində laboratoriya testləri aparırlar.


Akif

0.18874788284302