Kəlbəcər ətrafındakı erməni təxribatları nədən xəbər verir?
Tərlan Eyvazov: "Ermənilərin bu təxribatlarının Kəlbəcər ətrafında törətməsinə əsas səbəb, onların altı və üstü qızıl olan Kəlbəcəri itirmələrini həzm edə bilməmələridir"
Paralel.az xəbər verir ki, artıq dünən günün ikinci yarısından başlayaraq Azərbaycan-Ermənistan sərhədinin Kəlbəcər-Basarkecər təmas xətti boyunca atışma davam edir. Silahlı toqquşma 44 günlük müharibədən sonra miqyasına görə ən irimiqyaslı atışma kimi dəyərləndirilir. Qarşıdurma ötən gün saat 16.00 radələrində, erməni snayperin atəşı nəticəsində Azərbaycan Ordusunun giziri Yaqublu Fərman Telman oğlunun şəhid olması ilə başlanıb. Hər iki tərəfdən gələn informasiyalardan bəlli olur ki, qarşıdurmanın miqyası genişdir, erməni ordusu ciddi itkilərə məruz qalıb. Cəbhədə vəziyyəti şərh etmək üçün hərbi ekspert Tərlan Eyvazova müraciət etdik. Ekspert bildirdi ki, 44 günlük müharibədən sonra Şuşa ətrafında, Ağdamda baş verən təxribatlar Rusiyanın təhriki əsasında reallaşırdı: "Prezidentlərin axrıncı görüşündən sonra rus sülhməramlılarının olduğu ərazilərdə təxribatlara son qoyuldu. Yəqin ki, prezidentlər arasındakı danışıqlar zamanı məsələ həllini tapdı. Lakin Ermənistan-Azərbaycan sərhədlərində təxribatlar davam edir. Bu təxribatların müəllifi Ermənistandır, məqsədləri isə ondan ibarətdir ki, bununla dünyaya Azərbaycanın Ermənistana "təcavüz etməsini" göstərsinlər. Amma biz 30 ildi ermənilərin köhnəlmiş taktikalarının şahidi oluruq və onu ifşa edirik, bundan sonra da ifşa edəcəyik.
Ermənilərin bu təxribatlarının Kəlbəcər ətrafında törətməsinə əsas səbəbi, onların altı və üstü qızıl olan Kəlbəcəri itirmələrini həzm edə bilməmələridir. Xatırlayırsınızsa, Kəlbəcərin Söyüdlü (Zod) qızıl yatağını ermənilər özününküləşdirmək istəyirdilər - Azərbaycana aid hissənin girişində post qurmusdular. Amma bizim xüsusi təyinatlılar o postları dağıdaraq torpaqlarımızı santmetrinə qədər azad etdi. Həmin dövrdən təxribatlar başlanıb. Yadınızdadırsa, Kəlbəcər istiqamətində ərazilərimizə keçib mina basdırmağa cəhd göstərən təxribat-diversiya qrupunun 6 nəfəri ordumuz tərəfindən tutuldu. Həmin şəxslər Azərbaycan qanunvericiliyi ilə mühakimə edilir.
Ermənistan, hətta, öz sərhədlərinin qorunmasını təmin edə bilmir, sərhədlərin qorunmasını Rusiyaya həvalə etmək istəyir ki, həm sərhəd qorumağın yükündən azad olsun, həm də erməni təxribatlarının cavabını ruslar qarşılasın. Hələlik ermənilərin bu oyunu baş tutmur".
Bu arada Azərbaycan Ordusunun rəhbərliyində gedən dəyişikliklərin erməni mediasında müharibəyə hazırlıq kimi xarakterizə olunmasınə münasibət bildirən ekspert dedi ki, Azərbaycan tərəfi müharibə istəmir, müharibə itki, şəhid deməkdir, Azərbaycan hökumətı üçün hər bir vətəndaşının həyatı dəyərlidir: "Lakin bu o demək deyil ki, xarici təcavüzə qarşı biz müharibə aparmayacağıq. Bela bir deyim var, sülh istəyirsənsə müharibəyə hazır ol! Bu baxımdan Azərbaycan Ordusu hər an müharibəyə hazırdır, amma məqsədimiz müharibə deyil. Bizim məqsədimiz 30 il ərzində ermənilərin xarabazara çevirdiyi ərazilərimizi bərpa etmək, yaşıllaşdırmaqdır, buna bütün dünya şahiddir. Bununla belə, Prezident İlham Əliyev dediyu kimi, lazım gələcəksə, dəmir yumruq hazırdır".
Akif