Olimpiya Oyunlarında 127 nəfərdə koronavirus aşkar olunub

Olimpiya Oyunlarında 127 nəfərdə koronavirus aşkar olunub
 

Paralel.az xəbər verir ki, Tokio-2020 Olimpiya Oyunlarına akkreditə olanlar arasında 127 nəfərdə koronavirus (Covid-19) aşkar edilib.

Tokio Olimpiya və Paralimpiya Oyunları Təşkilat Komitəsindən verilən açıqlamada qeyd edilib ki, Tokio-2020 Olimpiya Oyunlarında akkreditə olunmuş 127 nəfərin koronavirus olduğu təsbit edilib. Komitədən virus testi müsbət nəticə verən insanların milliyyəti və ya idmançı olub-olmadığı barədə məlumat verilməyib. Lakin Hollandiyalı avarçəkən Finn Florjinin Covid-19 testi müsbət çıxdığından, onun olimpiadadakı iştirakı sona çatıb.

Nigar

0.014953136444092