Direktor Beyləqan Mərkəzi Xəstəxanasının doğum şöbəsindən "haqq" alır - şikayət

Direktor Beyləqan Mərkəzi Xəstəxanasının doğum şöbəsindən
 

 

Doğulan körpələrin hər birinin valideynindən 300 manat rüşvət alınır

TƏBİB-in rəhbəri Ramin Bayramlının Xocavənd xəstəxanasının baş həkimi vəzifəsindən dəyişib Beyləqan Mərkəzi xəstəxanasının direktoru vəzifəsinə təyin etdiyi Ruhəngiz Bəşirovanın artıq xəstəxananı açıq ticarət-rüşvət  mərkəzinə çevirdiyi barədə xəbər yayılıb.

Doğum şöbəsindəki rüşvətxorluğun qurbanlarından olan Aşıqlı kənd sakini C. Əliyeva bildirir ki, direktor R. Bəşirova doğum şöbəsinin həkimlərindən doğulan hər uşağa görə 300 manatı rüşvət tələb edir. Körpə anası yazır ki, akuşerkaya 200 manat pul verdim, götürmədi, qaytarıb üstümə atdı və körpəni şöbədən buraxmayacağını bildirdi. Ardlnca dedi ki, özümüz bir yana, elə 300 manat təkcə direktor Ruhəngiz Bəşirovaya verməliyik, gedin pulun üstünü düzəldin gıtirin verin, sonra uşağı şöbədən çıxarın..

Bundan əlavə, xəstələr bildirir ki, Ruhəngiz Bəşirovanın tibb bacılarından rüşvət aldığına görə onlar da xəstələrdən pul tələb edirlər. Bu barədə əlimizdə səs yazısı var və yaxın günlərdə həmin səs yazısını sosial şəbəkədə yayacağıq.

Beyləqan əhalisi direktor R. Bəşirovanın rüşvətxorluğundan yuxarı orqanlara şikayət ərizələri göndəriblər. Həmin şikayət ərizələrinin bir nüsxəsi də redaksiyamıza daxil olub.

Beyləqa MRX direktorun Ruhəngiz Bəşirovanın Beyləqanda yaratdığı rüşvətxorluq çirkabınln üfunəti artıq tək Beyləqana yox, bütün respublikaya yayılıb.

Görəsən, rüşvət üfunətilə nəfəs almaqdan bihuş olan TƏBİB-in direktoru R. Bayramlı, Beyləqan RİH-in başçısı Asif Ağayev, rayon prokuroru Ramazan Hadıyev və rüşvətxorluqla mübarizə aparmağa cavabdeh olan rayondakı digər məsul vəzifəli şəxslər Ruhəngiz Bəşirovanın Xəstəxanada yaydığı rüşvətin üfunətinə bu qədər niyə dözürlər?!..

Bəlkə Beyləqanda dövlət vəzifəsi tutanlar ölkə Prezidentinin rüşvət və korrupsiyaya qarşı elan etdiyi mübarizəni ölkədə rüşvətxorluğun daha da genişləndirilməsi kimi başa düşüblər?!..

Bəs, DTX-nın qara maskalıları Beyləqan MX-də fantan vuran Ruhəngiz həkimin "rüşvət bulağı"nın suyundan içənlərin əməlindən duyuq düşsə necə olacaq?!

Əhməd

0.079813003540039