Koronaviruslu ümidsiz xəstələrin müalicəsi tapıldı
Paralel.az xəbər verir ki, İsrail həkimləri hətta, sağalmasına ümid qalmayan koronaviru xəstələrinin belə müalicəsi üçün dərman hazırlayıblar. Peraparat ilkin kliniki sınaqlarda belə gözlənilməz uğurlu nəticələr göstərib.
Əl-Cəzirə xəbər verir ki, Peraparatın ilk sınağı İsrailin "Rambam" xəstəxanasında süni nəfəs aparatına qosülmuş, ölümə məhkum xəstələrin üzərində həyata keçirilib. Dərman peraparatı xəstəyə vurulduqdan dərhal sonra irəliləyişə səbəb olduğü müşahidə edilib. Ağ ciyərin kompyuter-tomaqrafiyası vasitəsi ilə izlənilməsi zamanı bəlli olub ki, ölmüş ağ ciyər albiolları sürətlə bərpa olunur və qısa müddətdə xəstə sərbəst nəfəs almağa başlayır. Bir ay müddətində isə xəstənin ağ ciyəri tamamilə sağalır, ənənəvi sətəlcəm izləri belə müşahidə edilmir.
"Rambam" xəstəxanasının dərmanın sınağı ilə məşğul olan həkimi Tomer Bronşteyin bildirir ki, biz artıq uzun illərdir rüşeym hüceyrələri üzərində təcrübə aparırıq: "Rüşeym hüceyrələrinin orqanizmin zədələnmiş hissələrini təcili yardım kimi bərpa etmək qabiliyyəti var. Biz məhz rüşeym hüceyrələrinin bu xüsusiyyətindən istifadə edərək immun sistemi vasitəsi ilə virus üzərinə hücumu təşkil edirik. Beləliklə, birinci iynədən sonra xəstə göz önündəcə sağalmagalır, bir sutkadan sonra sərbəst nəfəs almağa başlayır".
"Rambam" xəstəxanasında koronaviruslu xəstələrin müalicə olunduğu şöbədə sınaqlar davam edir. Xəstəxananın digər həkimi Şaddir Xamid dərman haqqında danışarkən deyir ki, biz xəstələrin müalicəsinə başlamazdan əvvəl və müalicədən sonra onların ağ ciyərlərinin kommpyuter-tomaqrafiya müayinəsini keçirdik: "Müşahidə etdik ki, ağ ciyərin zədələnmiş hissələrı sürətlə sağalır və müalicədən bir ay sonra ağciyər tamamilə təmizlənir. Biz bu cür sürətli sağalmanı adi sətəlcəm zamanı belə müşahidə etməmişik".
Dərmanın klinik sınaqların həm ölkə daxilində, həm də xaricdə genişləndirilməkdədir. Dərmanın ən cazibədar xüsusiyyəti ağır xəstələri sağaltmasıdır.
Bununla yanaşı, dərmanın antibiotiklər və antivirus peraparatları kimi əks göstəriciləri yoxdur, orqanizmin digər üzvlərini zədələmir. Dərmanın geniş tətbiqi koronavirusdan ölüm faizini ciddi şəkildə azalda bilər.
Akif