Qarabağ erməniləri mülklərini azərbaycanlılara satmaq istəyir
Paralel.az xəbər verir ki, tanınmamış Dağlıq Qarabağ Respublikasında (DQR) Bakıdan verilən açıqlamalara rəğmən 44 günlük müharibədə yaşayış məntəqələri Azərbaycanın nəzarətinə keçmiş ermənilərə mənzillərin tikintisinə başlanılıb. Bakıdan gələn mesajlar isə ondan ibarətdir ki, Qarabağ Azərbaycanın ayrılmaz işarəsidir və orada yaşayan insanlar ölkə qanunvericiliyinə tabe olmalıdı. Buna baxmayaraq tikinti prosesi sürətlə davam edir. Tikinti həm Ermənistanın, həm Rusiyanın, həm də xarici xeyriyyə təşkilatlarının dəstəyi ilə aparılır.
"Kommersant"ın müxbiri Arshaluis Mgdesyan bu insanların nəyə ümid bəslədiklərini, gec-tez buraların Azərbaycan ərazisi olaraq tanınacağı halda bölgənin gələcəyini necə gördüklərini öyrənib. Müxbirin söhbətləşdiyi hər kəs Azərbaycan dövlətinin vətəndaşı olaraq yaşamaq istəmədiklərini bildirirlər. Amma tikintiyə gəldikdə, davam etdirilməsini, tezliklə onlara mənzil verilməsini istədiklərini deyiblər. Belə sakinlərdən biri Ediuard Loqmaniyan deyir ki, heç olmasa rahat mənzildə yaşayarıq: "Azərbaycanlılar isə gəlsə, yəqin bu dəfə top-tüfənglə gəlməyəcəklər, biz də mülkümüzü satıb gedərik".
Akif