Şirvanda yanmış kişi meyiti aşkar edilib

Şirvanda yanmış kişi meyiti aşkar edilib
 

 

Şirvanda kişi meyiti tapılıb.

“Report” xəbər verir ki, meyit yanmış halda şəhərin Heydər Əliyev prospektində aşkarlanıb.

Hadisə yerinə hüquq-mühafizə orqanları gəlib və əraziyə baxış keçirilib.

Meyit tanınmaz hala düşdüyündən onun şəxsiyyətinin araşdırılması istiqamətində tədbirlər həyata keçirilir.

Faktla bağlı araşdırma aparılır.

0.50826597213745