Çinli alimlər koronavirusun mənşəyini təyin etdilər

Çinli alimlər koronavirusun mənşəyini təyin etdilər
 

Paralel.az bildirir ki, Çindən olan elm adamları SARS-CoV-2 virusunun süni mənşəli olmasını mümkünsüz hesab edirlər. Xinhua agentliyi xəbər verir ki, yeni tədqiqatın nəticələri "Science China Life Sciences" jurnalında dərc edilib. Tədqiqata ÇXR-dəki universitetlərdə və xəstəxanalarda çalışan 20-dən çox alimin cəlb olunduğu qeyd olunur. İşin nəticələrinə görə, bəlli olub ki təbii inkişaf yolu ilə pandemiya yaradan koronavirus insan populyasiyasına asanlıqla uyğunlaşmağı bacarıb. Eyni zamanda, uyğunlasmanın təbii seleksiya yolu və tədrci təkamüllə getməsi çoxmərhələli bir prosesdir. Tədqiqatçılar bu virusun ətraf mühitə rahat uyğunladığı dövrdə "çox sayda təsadüfi mutasiyanı" yaranmasını, seleksiya məhsulu kimi, təbii hal olduğunu da təsdiqləyiblər. Bundan əvvəl ABŞ Prezidenti Joe Biden administrasiyasının koronavirusun mənşəyinə dair iki nəzəriyyəyə irəli sürmüşdü - təbii və Çindəki bio-viroloji laboratoriyadan sızmasına eyni dərəcədə inanm bəslədiyini bəyan dığıetmişdi. Bundan əvvəl Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adanom Ghebreyesus Çinin SARS-CoV-2-in mənşəyi haqqında kifayət qədər şəffaf və səmimi məlumat verə bilmədiyini söyləmisdi.

Akif

0.02052116394043