OPEK+ hasilatı kvotasın 400 min barel artırdı

OPEK+ hasilatı kvotasın 400 min barel artırdı
 


Paralel.az xəbər verir ki, OPEC + ölkələri, neft hasilatını avqust ayından etibarən ayda 400 min barel artırmağı qərar verdi., İNTERFAX xəbər verir ki, razılaşmaya əsasən 2022-ci ilin sentyabrında mövcud məhdudiyyətlər tamamilə aradan qaldırılacaq.
Eyni zamanda, bazar 2021-ci ilin dekabrında yenidən qiymətləndiriləcək.
OPEK+ qəbul etdiyi qərara əsasən, 2022-ci ilin mayından Səudiyyə Ərəbistanı və Rusiya üçün neft hasilatı norması 11-dən 11,5 milyon barelə, BƏƏ üçün - 3,2-dən 3,5 milyon barelə, İraq üçün - 4,65-dən 4,8 milyon barelə qədər artırılacaq.
Nazirlərin növbəti görüşü 1 sentyabrda baş tutacaq.
Qeyd edək ki, razılaşmanın bu şəkildə əldə edilməsi dekabr ayına qədər dünya bazarında neftin qiymətinin indiki səviyyədə sabitləşəcəyini proqnozlasdırmağa imkan verir.
Akif

0.027054786682129