OPEK neftin ucuzlaşdıran qərar qəbul edə bilər!
Paralel.az xəbər verir ki, bu gün Moskva vaxtı ilə saat 13.00-da OPEC+ ölkələrinin toplantısı keçiriləcək.
Görüş videokonfrans formatında baş tutacaq. Bu görüş iyulun əvvəlində baş tutan və kompromis əldə edilmədiyindən heç bir qərar qəbul olunmadan başa çatan toplantının davamı kimi də qəbul edilə bilər.
Həmin iclasda Birləşmiş Ərəb Əmirliyi və Səudiyyə Ərəbistanı hasilat kvotasını aradan qaldırmağı, ABŞ və digər ölkələr isə məsələyə mühafizəkar yanaşaraq, hasilat məhdudiyyətini yalnız sutkalıq 400 milyon barel artırmağın tərəfdarı idi.
TASS xəbər verir ki, artıq qeyri-rəsmi olaraq razılaşma əldə edilib və bu günkü toplantıda qərar qəbul ediləcək. Beləliklə, əgər hasilat kvotası aradan qaldırılacaqsa, bu neftin dünya birjalarında yenidən kəskin ucuzlaşmasına səbəb olacaq.
Akif