Kann Kinofestivalında ilin ən yaxşı aktyoru və aktrisası seçilib

Kann Kinofestivalında ilin ən yaxşı aktyoru və aktrisası seçilib
 

 

Amerikalı aktyor və musiqiçi Kaleb Landri 74-cü Kann kinofestivalının “ən yaxşı aktyor” naminasiyasında qalib olub.

TASS agentliyi xəbər verir ki, 31 yaşlı aktyor rejissor Castin Kurzelin “Nitram” filmindəki roluna görə bu mükafata layiq görülüb.

“Ən yaxşı aktrisa” nominasiyasına isə norveçli Renate Reinsve layiq görülüb.

O, bu mükafatı “Dünyanın ən pis adamı” filmindəki roluna görə alıb. 

“Ən yaxşı rejssor işi” mükafatına “Annette” filminə görə fransız Leos Karaks layiq görülüb.

0.32097792625427