Ermənistanda seçkinin nəticələri bu gün təsdiqlənəcək
Paralel.az xəbər verir ki, "20 iyun 2021-ci il tarixli Ermənistan Respublikası Milli Məclisinə keçirilən növbədənkənar seçkilərin yekunlaşdırılmasına dair 184-A saylı qərarı ilə əlaqədar mübahisə haqqında" adlı iş üzrə qərar bu gün saat 21: 00-da Konstitusiya Məhkəməsinin açıq sessiyasındə elan ediləcək.
Bu barədə Konstitusiya Məhkəməsinin Mətbuat Katibi Eva Tovmasyan açıqlamasında məlumat verib. Xatırladaq ki, Mərkəzi Seçki Komissiyası tərəfindən dərc olunan son seçki nəticələrinə qarşı 4 siyasi blok Konstitusiya Məhkəməsinə etiraz ərizəsi unvanlamışdı (News.az). Konstitusiya Məhkəməsində proses 9 iyulda başlayıb.
Akif