Paşinyan Minisk qrupundan ötrü darıxıb
Paralel.az xəbər verir ki, Ermənistan baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan bu gün Avropa Şurasının prezidenti Çarlz Mişel ilə birgə mətbuat konfransında bəyan edib ki, keçən ilki hadisələr (44 günlük mûharibə - red.A.N) bölgədə yeni reallıqlar yaradîb:
"Güc tətbiq etmək, təhdidlər və kütləvi cinayətlər "Dağlıq Qarabağ" münaqişəsinin həllinə gətirib çıxara bilməz (daha böyük ərazilər işğal etmək istəyən Nikol müharibədən sonra bir qədər müdrikləşib - red. A.N.). Məsələnin həlli müstəsna olaraq ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar yolu ilə mümkündür".
Bəli, müharibədən əvvəl Minsk qrupun ələ salan Paşinyan, müharibədən sonra ona yalvarır. 30 ilə yaxın ATƏT-in Minsk qrupu erməni dövlət başçılarına gah küncdə-bucaqda, gah da tualetdə sığınacaq verdi, bəslədi, əzizlədi. Petrosyan razılaşmaya gedəndə Minsk qrupuna daxil olan ölkələrdən biri erməni parlamentini gülləbaran etdi. Koçaryan razılaşmaya yaxın görünəndə dövlət çevrilişi tamaşası quruldu. Parisdə razılaşmaqdan başqa çıxış yolu qalmyanda Sarkisyan gedər-gəlməzə - "tualetə" göndərildi. Amma Paşinyanın göstəriş verəni iki oldu (Fransa və Rusiya) deyə, işləri tərsə düsdü, ağır məğlubiyyətə uğradı.
Atalar yaxşı deyib, iki yana baxan çaşı olar, Pasinyanın da siyasi çaşılığı məhz iki ağanın sözü ilə oturub-durması oldu. İndi Nikoylun ümidi bir, iki yox, "üçqanadlı" Minisk qrupunadır. Amma görûnün Minsk qrupu da artıq ona kömək edə bilməyəcək. Çünki 30 il Minsk qrupunun yalnız ümid verdiyi Azərbaycan dövləti artıq bu beynəlxalq fırıldaqçıların köməyinə, vasitəçiliyinə ehtiyac duymur. Ona görə də sonuncu dəfə Minsk qrupunun üzvləri prezident İlham Əliyevin qəbulunda olanda, prezident dedi ki, mən sizi dəvət etməmişəm, nə şözünüz varsa, buyurun. Hər halda görüş bu ritorika ilə başladı. Deməli Nikol Paşinyanın təkbaşına istəyi hansı səviyyədə səsləndirilməsindən asılı olmayaraq əhəmiyyətsizdir. Nikoylun arzusunun reallaşması üçün Azərbaycan da buna razılıq verməlidir.
Fikrimizcə isə Azərbaycanın vasitəçiyə heç bir ehtiyacı yoxdur. Nikola da məsləhətimiz odur ki, "12 imama yalvarınca, bir Allaha yalvar" prinsipini tutub, beynəlxalq təşkilatların və böyük dövlətlərin prezidentlərinə yalvardığına, İlham Əliyevin irəli sürdüyü şərtləri qəbul etsin, ikitərəfli münasibətlər qurmaq və onu inkişaf etdirmək yolunu tutsun. Bu hər iki dövlətin və xalqın xeyirinə olardı.
Akif Nəsirli