Peskov xarici media agentlərindən bəhs edib
Paralel.az xəbər verir ki, xarici agent statusu iş qadağası anlamına gəlmir. Jurnalistlərlə söhbət zamanı Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov xarici media agentləri siyahısına daxil edilmənin Rusiyada işləmək qadağasına bərabər olmadığını söyləyib.
“RİA Novosti”nin məumatına görə, Baş Prokurorluq əvvəllər ABŞ-ın “Proyect Media” qeyri-hökumət təşkilatının Rusiyadakı işlərini arzuolunmaz olaraq tanıyıb. Rusiya Ədliyyə Nazirliyi isə “Açıq Media”nın baş redaktoru Yuliya Yaroş və layihənin baş redaktoru Roman Badanin də daxil olmaqla, səkkiz nəfəri xarici media agentlərinin siyahısına yazdırıb.
Nigar