Paşinyan Əliyevin göstərişi ilə oturub-dururdu?

Paşinyan Əliyevin göstərişi ilə oturub-dururdu?
 

 Paralel.az xəbər verir ki, İlham Əliyev Zəngəzur Mis-Molibden Kombinatının fəaliyyətindən şikayətlənəndən bir gün sonra Nikol Paşinyan təhlükəsizlik işçilərini oraya göndi. Armeniam Report bildirir ki, bunu “Ermənistan” blokunun nümayəndəsi Elinar Vardanyan 16 iyulda “Seçkilərdən sonra Ermənistanda siyasi və hüquqi çağırışlar” adlı konfransı zamanı deyib. O, bir müddət əvvəl Əliyevin Zəngilan sakinləri adından Almaniya səlahiyyətlilərinə müraciət edərək, zavodun fəaliyyətini ekoloji səbəbdən dayandırmasını tələb etdiyini xatırladı: “Ertəsi gün Nikol Paşinyan hüquq-mühafizə orqanları zabitlərini orada maska-şousu ​​ keçirməyə göndərdi. Beləliklə, Ermənistan hakimiyyəti ölkədəki ən böyük vergi ödəyicilərindən birinin işini iflic etdi". E. Vardanyan nitqinə davam edərək bildirdi ki, Paşinyana itaət etməyən icmaların rəhbərlərinə qarşı dövlət terroru həyata keçirir: “Bütün bunlar onu göstərir ki, seçkilərdən sonra ölkədə atmosfer dəyişməyib, hər an partlayış ola bilər".

Akif

0.051905870437622