Moskvada terrorçu zərərsizləşdirilib

Moskvada terrorçu zərərsizləşdirilib
 

Bu gün Rusiya federal təhlükəsizlik təşkilatı Moskvada bir terrorçunun zərərsizləşdirilərək, həbs olunduğunu bildirib. Paralel.az xəbər verir ki, Rusiya federal təhlükəsizlik təşkilatının ictimai əlaqələr şöbəsi bu brədə yaydığı bəyanatda bildirib ki, önləyici hərəkətlər nəticəsində Moskvada bir terror hərəkətinin qarşısı alınıb və bomba partlatmaq niyyətində olan bir Rusiya vətəndaşı həbs olunub.

Bəyanatda deyilir ki, bu terrorçu şəxsin gizli anbarından əldəqayırma bombanın düzəldilməsinin detalları və rabitə vəsaitləri aşkar edilib (Qazeta.ru). Bu şəxs Suriyadakı terrorçulardan bir qrupu ilə əlaqədə olubdur. Rusiya federal təhlükəsizlik təşkilatının rəisi Aleksandr Bortnikov bu ölkənin milli anti-terror komitəsinin iclasında deyib ki, Rusiyanın təhlükəsizlik təşkilatlarının ahəngdar hərəkətləri nəticəsində 41 terror hücumu daxil olmaqla 61 terror cinayətinin qarşısı alınıb.

Akif

0.032397985458374