Ölkənin qərbində hərbi fəlakət rejimi elan edilib
Almaniyanın qərbində fəlakətlə bağlı hərbi rejimi elan edilib.
Paralel.az xəbər verir ki, bunu Berlində keçirilən brifinqdə Almaniya Müdafiə Nazirliyinin nümayəndəsi bildirib. Nazirliyin rəhbəri Annegret Kramp-Karrenbauer tərəfindən müvafiq qərar qəbul olunub və təbii fəlakətin törətdiyi fəsadların aradan qaldırılıması üçün 1000 əsgər işə cəlb edilib
Yerli KİV-lərin yaydığı məlumatlarda daşqın nəticəsində 100-dən çox insanın həlak olduğu, 1,5 min insanın isə itkin düşdüyü bildirilir.
Qeyd edək ki, Almaniyanın cənub-qərb hissəsini güclü leysan yağışları cənginə alıb, çaylar məcrasından çıxıb. AFR Kansleri Angela Merkel isə faciənin miqyası barədə danışmağın tez olduğu bildirib. O, zərər çəkmiş rayonlara maliyyə yardımı ediləcəyini bildirib.
Şahnaz