Erməni naziri ukraynalı əvəz etdi

Erməni naziri ukraynalı əvəz etdi
 
Üç gün əvvəl istefa verdiyi iddia olunan Ukraynanın sabiq daxili işlər naziri, erməni mənşəli A. Avakovun yerinə bu gün yeni təyinat olub.
Paralel.az xəbər verir ki, Ali Radanın bu gün səhər saatlarında keçirilən iclasında deputatlar prezident Zelenskinin təklif ediyi Denis Monastriskinin namizədliyini təsdiq ediblər.
 
Xatırladaq ki, yeni nazir də hakim “Xalqın xidmətçisi” partiyasının üzvidir və təyinata qədər Ali Radanın Hüquq-mühafizə orqanları ilə iş üzrə Komitənin sədri olub.
 
Mediada Avakovun öz xoşuyla istefaya getdiyi bildirilsə də Zelenskin yaxın ətrafından sızan bilgilərə görə erməni əsilli nazir məhz prezidentin istəyi ilə vəzifədən kənarlaşdırılıb.
 
SƏMA
0.027771949768066