“Qurani-Kərim”in 114 surəsini mərmər üzərinə həkk edib

“Qurani-Kərim”in 114 surəsini mərmər üzərinə həkk edib
 

Səudiyyə Ərəbistanından olan bir heykəltəraş müqəddəs kitabımız “Qurani-Kərim”in mətnini 30 mərmər lövhənin üzərində həkk edib. Sənətçi bu əsəri üzərində səkkiz il çalışıb.

Paralel.az xəbər verir ki, Quran mətnini yaratmaq üçün heykəltəraş Hüsban bin Əhməd əl-Ənizi müqəddəs kitabın 114 surəsini “Osmanlı xəttatlıq üslubu” formasında işləyib. Heykəltəraş ərəb dilindəki surələri yaşıl mərmər plitələrdən istifadə edərək həkk edib. TASS xəbər verir ki, sənətkar artıq bir dəfə müraciət təqdim etdiyi Ginnesin Rekordlar Kitabından, xüsusi bir komissiya tərəfindən əsərlərinin qiymətləndiriləcəyinə ümid etdiyini bildirib.

Nigar

 

0.044747829437256