Beyləqan korrupsiya çetesi Şuşaya da əl uzadır: Bu çirkli əllərin sahiblərinin boynunu “vurmağın” zamanı çatmadımı?

Beyləqan korrupsiya çetesi Şuşaya da əl uzadır: Bu çirkli əllərin sahiblərinin boynunu “vurmağın” zamanı çatmadımı?
 
Prezident İlham Əliyev Beyləqana 13 fevral 2019-cu il tarixli səfərinin ardından yataqxanalarda yaşayan aztəminatlı vətəndaşlar üçün 36 mənzilli yeni binanın inşa olunması üçün sərancam imzalayaraq, binanın tikintisinə 2 milyon manat vəsait ayırmışdı. Rayon İcra Hakimiyyətinin başçsı Asif Ağayev də ümid etmişdi ki, yəqin binanın tikintisinin sürətləndirilməsi üçün əlavə vəsait veriləcək (həmişəki kimi). Ona görə də tələm-tələsik 2 milyonu “təyinatı üzrə və səmərəli” xərcləmişdi. Lakin Ağayevin gözləntiləri özünü doğrultmadı, sonradan pul ayrılmadı. Ağayev də binanın tam başa çatdırılması üçün yerli büdcə təşkilatlarından müəyyən məbləğdə pul yığmağa məcbur oldu. O vaxt bu məsələ mətbuata sızsa da, təəssüf ki, üstündə çox dayanan olmadı.

Ölkə  başçısı həmin səfər çərçivəsində rayon mərkəzinin abadlaşdırılması məqsədilə 1 milyon manat dövlət vəsaitinin ayrılmasına Sərancam imzalamışdı. Təəssüf ki, rayonun abadlıq, quruculuq işləri sahəsində görülən işlər zamanı ciddi korrupsiya hüquqpozmalarına və yeyinti faktlarına rəvac verildi. Bu “abadlaşdıma” prosesini isə tenderi “udan” “Vaqif” firması həyata keçirdi. Özü də necə? – Səkilərə sənədlərdə yazıldığı kimi tamet üzlük deyil, asfalt döşəndi. Bu proseslərə iməcilik əsasında rayonun müxtəlif idarə və müəssisələrinin texnikaları cəlb edildiyindən, “Vaqif”ə yük düşmədi.Qəhraman Qəhramanovun kanal qırağı döşədiyi bardürlər bir neçə ay sonra uçub dağıldı.

“Vaqif” firmasının sahibkarı, Beyləqandakı mal bazarının yiyəsi, əvvəllər at oğrusu kimi ad çıxarmış Qəhrəman Qəhrəmanov təzə icra başçısı Asif Ağayevi öz möhtəşəm evlərindən birində məskunlaşdırandan sonra lap “göylə getməyə” başladı. Yerli ictimaiyyətdə daha şübhə qalmadı ki, Qəhrəmanovun başçıya sözü keçir. Onun personası bir növ maqnit kimi, bütün korrupsioner və korrupsiyaya meylli ünsürləri özünə çəkməyə başladı. Rüşvətxorluğa, yeyintiyə, qanunsuz mənimsəmələrə görə əvvəllər işdən qovulmuş keçmiş məmurlar da Qəhrəmanovun başına yığışaraq onun vasitəsilə yenidən karyera qurmaq arzularını gerçəkləşdirməyi bacardılar.

Qəhrəman Qəhrəmanovun Asif Ağayevə təsir imkanından ən çox faydalananlar isə əlbəttə ki, birincinin doğma Eyvazalılar kəndindən olan qohum – əqrəbası olmuşlar. Belə ki, əvvəllər Qəhramanın böyük qardaşı Vəliyyədin Qəhramanov kəndin ərazi icra nümayəndəsi idi. Yeznəsi isə müavini. İndisə balaca qardaşı Şahin Qəhramanov kəndin icra nümayəndəsidir. Məlumata görə onun da diplomunun legitimliyi şübhəlidir.

Zaman-zaman bu barədə mətbuatda, eləcə də “Realmedia.az” saytında yazılar dərc olunmuşdur. Qəhrəmanın oğlu Fərid Qəhrəmanovun adına rəsmiləşdirdiyi Beyləqan mal bazarına Asif Ağayevin şərik olduğu, bazarın vergidən yayınması da yazmışıq. O vaxt Qəhrəman dostu Hacı Amid vasitəsilə bizə hədə-qorxu gələrək, bizi Dövlət Təhlükəsizlik Xidməti ilə hədələmişdi. Hacı Amid isə guya özünü “şirin” sataraq bizim başımıza ağıl qoymağa çalışmışdı. Təbii ki, bu hədələr bizi qorxutmadı və onların yazını saytdan çıxarmaq tələblərini yerinə yetirmədik. Yeri gəlmişkən, bu üsul həmin işbazların çoxdankı adətidir. Xatırladaq ki, Hacı Amid bu ərəfələrdə Xırdalan şəhərində şərik olduğu apartman biznesi barədə saytımızda yazı gedəndən sonra həmin üsula əl atmış, DTX generalının hacı xanım qohumu ilə tanışlıq amilini önə çəkərək bizi qorxutmağa çalışmışdı.

Bu gün də işbazların yolunda “yaşıl işıq” daha da gurlanıb. Onların Gəncədə və işğaldan azad edilmiş Şuşa şəhərində tender udaraq iş götürdükləri deyilir.

 
 
0.021147966384888