Hansı valyuta daha etibarlıdır?!
Çoxlarını bu sual düşündürür ki, pulu hansı valyutada saxlamaq daha etibarlıdır. Sualın birmənalı və mütləq cavabı yoxdur, vəziyyət hər an dəyişə bilir. Amma müəyyən proqnozlar vermək olar.
Paralel.az xəbər verir ki, "BCS Broker" birja mütəxəssisi Dmitri Babin, ABŞ-da yüksək inflyasiya səbəbindən dolların yaxın gələcəkdə ən gəlirli valyuta olacağını söylədi.
Federal Ehtiyatlar Departamenti (FED) monitor siyasətini növbəti ayda sərtləşdirə bilər ki, bununla da inflyasiyanı asanlıqla cilovlamaq olar. Lakin fikrimizcə, FED-i ölkə daxilindəki inflyasiya səviyyəsi narahat etmir. Çünki ABŞ-da nəzərə çarpan yüksək inflyasiya iqtisadiyyatın sürətlə aktivləşməsi ilə bağlıdır. Bu səbəbdən də dollar çox maraqlı bir performans nümayiş etdirir - ölkə daxilində ucuzlaşır, beynəlxalq valyuta birjasında isə bahalaşır - möhkəmlənir (RİA.Novosti)
Hazırda avro, fundsterlinq və digər valyutalar dollar qarşısında dəyər itirməkdə davam edir. Bu möhkəmlənməni neftin bahalaşması isə əlavə olaraq sığortalayır. Neft həm bahalaşır, həm də neftə tələbat artır. Hasilatın artırılmasına ehtiyac yaranır ki, bu halda dövriyyə genişlənır. Dövriyyə genişləndikcə də neft dollarla ticarət edildiyindən ABŞ valyutasına tələbat artır. Bu tendensiya əlavə olaraq dolların möhkəmlənməsini stimullaşdıran amilə çevrilir. Bütün bu deyilənlərdən belə nəticə çıxarmaq olar ki, rüb ərzində dəfnə üçün ən səmərəli valyuta dollar, investisiya üçün isə ən sərfəli ölkə Amerika olacaq.
Akif Nəsirli