Bayram günlərində əhali nə etməlidir?

Bayram günlərində əhali nə etməlidir?
 

Xəbər verildiyi kimi, 18 iyuldan 22 iyul tarixinə qədər ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılacaq.

Pralel.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” 2020-ci il 12 sentyabr tarixli qərarında dəyişiklik edib.

Qərara əsasən, 18 iyul saat 00:00-dan 22 iyul saat 06:00-dək ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılacaq.

Qeyd edək ki, Nazirlər Kabinetinin 29 iyun 2021-ci il tarixli qərarına əsasən, bu il Qurban bayramı günlərində (iyulun 20, 21-i) ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyətinə icazə verilmişdi. 17 iyulda isə ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyətinə qadağa qoyulmuşdu.

Ancaq Nazirlər Kabinetinin 1 iyul 2021-ci il tarixli qərarı ilə iş və istirahət günlərinin yerləri dəyişdirilib. İş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2021-ci il 19 iyul iş günü ilə 17 iyul istirahət gününün yerləri dəyişdirilib. Başqa sözlə, iyulun 20-si və 21-i Azərbaycanda Qurban bayramı qeyd olunacaq. Beləliklə, 4 gün - 18 iyul (bazar), 19 iyul, 20 iyul və 21 iyul tarixi ardıcıl qeyri-iş günü olacaq.

Qeyd edək ki, tətil günlərində paytaxtda ictimai nəqliyyatın və metropelitenin dörd gün işləməməsi əhaliyə bəlli çətinliklər yaradır. Bununla bağlı cəmiyyətdən gələn mesajı nəzərə alaraq Bakı Nəqliyyat Agentliyinə müraciət etdik. Qurumun mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyir ki, bu, rəsmi bir qərardır: “O qərarı da Operativ Qərargah verir. Biz yalnız icraçıyıq. Orda bu qərarın verilməsiylə bağlı yəqin ki, səbəb göstərilib”.

Nigar

0.053424835205078