Kubada 60 ildə ilk dəfə minlərlə insan nümayişlərə qatılıb
11 iyulda Kubada başlayan hökumət əleyhinə etiraz aksiyalarını və Kuba hökumətini dəstəkləyən etiraz nümayişləri təşkil edilib. Paralel.az xəbər verir ki, yüzlərlə insan günortadan sonra solçu qrupların çağırışı ilə toplanıb. “Kuba tək deyil” başlığı altında Argentinanın paytaxtı Buenos-Ayresdə toplaşan nümayişçilər 60 illik tarixində ilk dəfə geniş miqyaslı küçə nümayişləri ilə üzləşən Kuba Kommunist Partiyası (PCC) hökumətini dəstəkləyib.
Məlumata görə, ABŞ-ın Kubaya qarşı tətbiq etdiyi sanksiyaların aradan qaldırılması tələb edilib. PKC-nin əleyhdarları da PCC-yə dəstək olmaq üçün toplaşıb. İki qrup arasında qarşıdurmanın qarşısını almaq üçün polis
tərəflərin görüşməsinə mane olub. Nümayişlərin gec saatlara qədər davam edəcəyi gözlənilir. Mərkəzi Amerikada 11 milyondan çox əhaliyə malik bir ada ölkəsi olan Kubada nümayişlər 11 iyulda Havanadan təxminən, 30 kilometr aralıda yerləşən San Antonio de los Banos bölgəsində başlayıb. Kubada sol inqilabından bəri, 60 ildə ilk dəfə nümayişlərə minlərlə insan qatılıb. Rəsmi mənbələr bir nümayişçinin həyatını itirdiyini və onlarla adamın tutulduğunu bildirib. Bundan başqa, hökumət Diaz-Canel rəhbərliyinin nümayişçilərə sərt müdaxilə etdiyini və 200-dən çox insanı nəzarətə götürdüyünü iddia edib.
Nigar