COVID-19 vaksinləri miokarditə səbəb ola bilər
Koronavirus peyvəndinin istifadəsi uşaqlarda ürək problemini ağırlaşdıra bilər, lakin risk cüzi olaraq qalır. Bunu ABŞ-dan olan tanınmış uşaq ürək cərrahı Bill Novik RİA Novosti-yə söyləyib.
Paralel.az xəbər verir ki, William Novik Qlobal Kardia İttifaqına rəhbərlik edən Novik yüksək vaksinlərin bəzən miokarditə səbəb olduğunu, lakin bu təsirin əksər hallarda cüzi olaraq qaldığını deyib. Vəziyyətin mürəkkəbliyindən asılı olaraq, miokardit ciddi uzunmüddətli nəticələrə səbəb ola bilər. Koronavirus peyvəndi ilə əlaqəli ümumi miokardit hadisələrinin sayı az olsa da, kardioloq mütəxəssislərin mümkün uzunmüddətli nəticələri ciddi şəkildə araşdırmaq üçün kifayət qədər vaxt olmadığını da söyləyib.
Novik deyib ki, dünyada fövqəladə vəziyyət yarandığından, peyvənd olunanlar bir növ təcrübədə iştirak edirlər. Bunun yan təsirləri ola bilər, amma bu, peyvəndləri dayandırmağa məcbur edəcək bir səviyyəyə çatmaq demək deyil
Qeyd edək ki, ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri iyulun əvvəllərində mRNA peyvəndi olunan xəstələr arasında miokardit riskinin artdığını bildirib. Onlar eyni zamanda, koronavirusdən ölüm riskinin mümkün fəsadlar riskini əhəmiyyətli dərəcədə aşdığını vurğulayıblar. Ümumdünya Səhiyyə Təşkilatı isə əvvəllər miokardit və mRNA peyvəndi arasında “mümkün bir əlaqə”nin olduğunu bəyan edirdi.
Nigar