NATO Krımı Ukraynaya necə “qaytara” biləcəyini açıqlayıb
SBU generalı Vasili Vovk NATO-nun Krımı Ukraynaya necə “qaytara” biləcəyini izah edib.
Paralel.az xəbər verir ki, SBU İstintaq İdarəsinin keçmiş rəhbəri Vasili Vovk deyib ki, NATO Ukraynanın Krımı ələ keçirməsinə kömək edə bilər, lakin yalnız birgə təlimlər və zirvə toplantıları kifayət deyil. Qara dənizdəki çoxmillətli Sea Breeze manevrlərini şərh edən general, bu cür hadisələrin Krımın “geri dönməsinə” kömək edib-etməyəcəyinin düşünmə predmeti olduğunu söyləyib.
V.Vovk “Apostrof” kanalına verdiyi müsahibədə belə deyib: “Krım Platforması”, bu toplantılar, qəhvə fasilələri, çıxışlar, vədlər, vətənpərvər şüarlar, Qərbdən dəstək... Belə bir intellektual platforma Krımı azad etməyimizə kömək edəcəkmi?
Xeyr!”.