Pandemiyanın dördüncü dalğası gözlənilir!
Adil Qeybulla:
"Dünyada pandemiyanın dördün-cü dalğasının qarşısını almaq üçün xeyli işlər görülür - kütləvi vaksinasiya aparılır"
Nuran Abdullayev:
"Hazırda 1,9 % ölüm göstərən "Alfa" variantı ilə müqayisədə "Delta"nın ölüm faizi 0,2 % təşkil edir"
Dünyanın başı üzərində yeni pandemiya kabusunun dolaşmasına səbəb olan, koronavirus yeni mutasiyası - "Delta" ştammı öz yayılma coğrafiyasını genişləndirməkdədir.
Paralel.az xəbər verir ki, COVİD-19-un "Delta" və ya Hindistan ştammı Azərbaycana da təşrif buyurub, yoluxma statistikasının yenidən çoxalmasına, məhz bu mutagenin səbəb olduğu ehtimal edilir. Məsələ ilə bağlı professor Adil Qeybullanınn fikirlərini öyrəndik. Professor qeyd etdi ki, "delta" SARS-2 virusunun çoxsaylı mutasiyalarından biridir: "Bu ilk dəfə Hindistanda tapıldığına görə həm də Hindistan ştammı adlanır.
"Delta" ştammında P-684 mutasiyası qeydə alinib ki, bu da virusun üzərindəki tıkanlı zülalın bir fraqmentini dəyişərək daha yapışqan olmaqla, virusa daha yolxucu xarakter verib. Virus bütün yaş qruplarında, o cümlədən də 12-22 yaş qruplarında təsadüf edilir. Artıq xəstəliyin gizli dövrü 7 günə qədər deyil, 3 günə qədərdir. Ona görə də xəstəlik daha tez aşkarlanır. Xəstəliyin əsas əlamətləri halsızlıq, yüksək tempratur, meqren tipli baş ağrıları, boğaz ağrıları, öskürək və rinitdir (burunun iltihablı tutulması).
Bu "Alfa" (Birtaniya) ştammı ilə müqayisədə 1,85 dəfə daha yolxucu hesab edilir. Artıq "Delta" ştammı 98 ölkədə yayılıb və genişlənmə sürətlə davam edir. Bununla bağlı ən dəhşətli epidemoloji vəziyyət Hindistanda qeydə alınıb. Hindistanda sosial vəziyyət yoluxmanı stimullaşdırdığından milyonlarla adam yoluxdu və 400 min adam həyatını itirdi. Dünyada pandemiyanın dördüncü dalğasının qarşısını almaq üçün xeyli işlər görülür, əsasən kütləvi vaksinasiya aparılır. "Delta" ştamma qarşı Ümumdünya Səhiyyə Təşkilatının qeydə aldığı vaksinlər ("piyzer", "moderna", "astra-zneyka", "conson and conson") öz həssaslığını saxlayır. Bu vaksinlərin üçüncü dozasının vurulması ehtimalı var. Epidemoloji vəziyyətdən asılı olaraq karantin rejiminin sərtləşdirilməsi gözləniləndir.
Bu virusla bağlı Rusiyada vəziyyət xeyli ciddiləşib. Azərbaycan da bunu nəzərə almalıdır və müəyyən karantin rejimlərinə hazır olmalıdır. Təəssüflər olsun ki, vətəndaşlarımız pandemiyanın bitdiyini düşünür, restoranlarda və şadlıq saraylarında biz bunu daha çox müşahidə edirik. Bu yolverilməzdir, biz pandemiyanın davam etdiyini nəzərə almalı, müvafiq tədbirlər görməliyik".
Lakin Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev mətbuata açıqlamasında bildirib ki, İngiltərədən olan sonuncu elmi statistik nəticələrə baxdıqda mühüm rəqəmlərlə rastlaşırıq: "Belə ki, "Delta" variantının ölüm faizi orada daha da aşağı düşüb və hazırda 1,9% ölüm göstərən "Alfa" variantı ilə müqayisədə "Delta"nın ölüm faizi 0,2 % təşkil edir. Bununla da bu gün dəqiq deyə bilərik: Hazırda heç bir elmi əsaslı sübut yoxdur ki, "Delta" variantı bundan əvvəlki virus variantları ilə müqayisədə ölümcüldür".
Alim bildirib ki, İsrail və Sinqapurda yeni yoluxmaların 95 %-dən çoxu "Delta" variantı ilə baş verib: "MRNA əsaslı peyvəndlər sayəsində ölüm faizi çox aşağıdır. "Delta" növü peyvənd almayanlar və ya az peyvənd olanlar arasında daha çox yayılıb. Bu variantın ölüm faizinin İngiltərədə son təqdimatda aşağı düşməsinin səbəbi onun gənclər arasında daha çox yayılmasıdır ki, orada da ölümə çox az rast gəlinir".
N.Abdullayev qeyd edib ki, İngiltərədə daha maraqlı statistikanı isə 2020-ci ilin avqust ayından 2021-ci ilin mart ayına qədər olan yoluxmaları bu ilin aprelindən indiyə qədər olan zaman çərçivəsindəki yoluxma halları ilə müqayisə etdikdə görülür: "Belə ki, 2020-ci ilin avqust ayından 2021-ci ilin mart ayına qədər hər 1000 nəfərə düşən ölüm sayı 18 və hospitalizə olunanların sayı 81, 2021-ci ilin aprelindən indiyədək olan müddətdə hər 1000 nəfərə düşən ölüm sayı 4 və hospitalizə olunanların sayı isə 45-dir. Bundan başqa, İngiltərədə "Delta" variantının ikincili yoluxma əmsalı da aşağı düşüb və hazırda "Alfa" variantı ilə eynilik təşkil edir".
Akif