"Mən" yox, "Biz Sənə ibadət edirik"

 

Bu terminlər oxşar olsalar da, fəqət aralarında nüanslı dərəcədə fərqli cəhətlər var. Camaat eyni duyğu, düşüncə amalı paylaşan fərdlərdən təşkil olunan toplumdur. İslamda camaat anlamı çox önəmli olduğu üçün onun şərhinə böyük ehtiyac var. Gündə beş dəfə namaz qılarkən "Mən" yox, "Biz Sənə ibadət edirik" Rəbb kəlamından qaynaqlanan birlik, dirrik dirilik məhz camaatla mümkündür. "Onlar (həz.Adəm, Nuh, İbrahim başqa peyğəmbərlər) bir camaat idi, gəldilər, getdilər" (Quran). Müsəlmanların hər Hicri ilinin sonunda böyük həcc ziyarəti camaat birliyinin təntənəsidir. İslam aləminin ümumdünya həmrəylik qurultayı olan bu ziyarət, camaatlar birliyinin sərgisidir. Hamı kəfəndə...

Camaata qatılım həm iman, istək iradə, həm instiktiv dəyərlərlə mümkün-dür. Halbuki, cəmiyyətdəki bərabərlik bəlli bir qayda proqramla gerçəkləşir. Zatən cəmiyyətdə ayrı-ayrı fərdlərin eyni fikir düşüncəni paylaşması da şərt deyil. Bəzi hallarda camaatdakı "hamı bərabərdir" mənəvi biriliyini cəmiyyətdə mənfəət birliyi əvəz edir.

Camaatda ierarxiya quru rəsmilik mümkün deyil. Halbuki cəmiyyətdə bu əsasdır. Camaatda təmənnasızlıq, sevgi, dözümlülük tolerantlıq kimi dəyərlər olduğu üçün onun ömrü uzundur. Cəmiyyət isə proqramla işlədiyi üçün ömrü nisbətən azdır. Qeyd edildiyi kimi, camaatın eyni fikirli ayrı-ayrı fərdlərdən təşkil olunmasına rəğmən, cəmiyyət müxtəlif düşüncəli camaatlardan təşəkkül tapır. Camaatlaşan bir cəmiyyət kiçilməyə, cəmiyyətləşən camaatlar isə böyüməyə məhkumdur.

Əslində hər bir xalqın taleyini - onun millətlər içərisində tanınıb qəbul edilməsini şərtləndirən cəhətlərin ən mühümü cəmiyyətləşən camaatlardır. Burada aparıcı amil xalqın vahid ideya, məfkurə ətrafındakı birliyidir.

Ən çətin anlarda bəzilərinin "hər şey bitdi, tükəndi, qurtardı" dediyi məqamlarda millətimiz deyilənlərin əksinə olaraq, öz varlığını dünyaya göstərib göstərir . Xalqımız öz acı tarixi təcrübəsindən çox yaxşı bilir ki, hər hansı toplumun müdafiədən ümidləri kəsildiyi hallarda onların tənəzzülü başlayır. Bu acı həqiqəti müasir gənclərimiz yaxşı bilir. Onların qəsbkar ermənidən qisas almaq üçün keçirtdiyi dinc aksiyada səsləndirdiyi fikirlər bunu sübut edir. Məhz həmin aksiyanın tələblərindən biri kimi onların könüllü orduya yazılmaları bu gün davam edir.

Dost-düşmən yaxşı bilsin yadda saxlasın ki, müstəqilliyini qanı bahasına qazanan sonra yenə qanı bahasına bərpa edən bu müqəddəs ocaq - müstəqil Azərbaycan heç vaxt müstəqilliyini əldən verməyəcək. Quran sahibi olan xalqımıza Qurana qiyamətə qədər zamin duran Allahın vəkilliyi vətənpərvər gənclərimizin qisas almaq əzmi kifayətdir. Kifayətdir ona görə ki, isimlərindən birinin adı "Haqq" olan Allah haqqın-bizim lehimizədir. Kifayətdir həm ona görə ki, Qarabağ savaşını özünün qeyrət, şərəf məsələsi hesab edən hər bir əsgər zabitimizin orduya könüllü yazılan gənclərimizin: "Allahım, ordumuzu qalib, məni şəhid et!" istəkləri Rəbbin özünün öyrətdiyi dualardır".

Vaqif Cəliloğlu
Tex. elmləri üzrə
fəlsəfə doktoru

0.088692188262939