Koronavirusun yeni ştammı hansı yolla Azərbaycana keçir?- Qorxulu növ

Koronavirusun yeni ştammı hansı yolla Azərbaycana keçir?- Qorxulu növ
 

İnsanlar bu barədə tez-tez soruşurlar

Artıq COVİD-19 virusunun "Delta" və ya  Hindistan ştamının Azərbaycana gətirildiyi barədə məlumat verilib.

Gediş-gəlişin az olduğu, gedən və gələn adamların nəzarət-keçid məntəqələrində ciddi nəzarət altında keçdikləri halda, yeni, sürətlə yayılmasına görə, daha təhlükəli hesab olunan "Delta" və ya Hindistan ştammlı virus növlərinin Azərbaycana hansı yolla keçdiyi  insanlarımızı çox maraqlandırır və narahat edir.

Bu barədə redaksiyamıza müraciət edənlərin çox olduğunu nəzərə alıb, NK yanında Operativ Qərargaha müraciət etdik. Qərargahdan verilən məlumata görə, virusun yeni növləri ölkəmizə insanlar vasitəsilə gətirilir.

Bu hala qarşı ölkəmizdə ciddi mübarizə tədbirləri görülsə də, maarifləndirmə işi təşkil olunsa da virusun yeni növlərinin Azərbaycana gətirilməsinin qarşısını tam almaq hələ mümkün olmayıb.


Züleyxa

0.23067593574524