Ruhəngiz Bəşirova Xocavənd xəstəxanasına yaxın adamını direktor təyin etdirib?-Xəbər yenilənib

Ruhəngiz Bəşirova Xocavənd xəstəxanasına yaxın adamını direktor təyin etdirib?-Xəbər yenilənib
 

Kifayət Hacıyeva Ruhəngiz Bəşirovanı əvəz edə biləcəkmi?

Beyləqan rayonundan daxil olan xəbərə görə, gözlənilmədən TƏBİB-in rəhbəri Ramin Bayramlı tərəfindən Beyləqan rayon xəstəxanasının direktoru vəzifəsinə gətirilən Ruhəngiz Bəşirova Xocavənd rayon xəstəxanasını öz əlində saxlamaq məqsədilə yaxını, Beyləqan rayon xəstəxanasında uzun illər çalışmış həkim Kifayət Balaca qızı Hacıyevanı direktor təyin etdirmək üçün hərkətə keçib...

Xocavənd və Beyləqan rayon xəstəxanalarında baş həkim və direktor vəzifəsində çalışaraq, törətdiyi vəzifə cinayətlərinə, rüşvət və korrupsiya hallarına görə ölkə mediasının gündəmindən düşməyən Ruhəngiz Bəşirova ölkə Prezidentinin rüşvətxorluq və korrupsiyaya qarşı mübarizə apardığı hazırkı həssas şəraitdə, insanların dediyinı görə, rüşvət kimi, çirkin əməldən hələ də əl çəkməyib.

Redaksiyamıza şikayət ərizələrilə müraciət edən insanlar Rurəngiz Bəşirovanın Bayləqan rayon xəstəxanasına direktor təyin olunduğu qısa müddət ərzində işə götürdüyü yüz nəfərə yaxın insanın (qazilərdən başqa) doxsan faizini rüşvətlə təyin etdiyi qeyd edilir.

Onu da qeyd edək ki, dəfələrlə vəzifə cinayəti törətməkdə adı ictimaiyyət arasında və mediada çəkilən Ruhəngiz Bəşirova 2016-cı ildə xəstəxanada doğulmayan uşaqlara saxta sənəd düzəldib cinayət etdiyinə görə, barəsində Ağcabədi rayon prokurorluğunda cinayət işi açılmış və o, vəzifədən azad olunub. Lakin bir ildən sonra o, "əbədi himayəçisinin" yardım ilə yenidən həmin vəzifəyə gətirilib. Buna dözməyən xocavəndlilər Ruhəngiz Bəşirovanın bəd əməllərindən ölkə başçısına və digər yuxarı orqanlara ardıcıl şikayət ediblər. Yaranmış ağır vəziyyətdən çıxmaq üçün bu ilin əvvəlində Beyləqan rayon xəstəxanasına direktor təyinatı "alan" Ruhəngiz Bəşirova hazırda Kifayət Hacıyevanı Xocavənd rayon xəstəxanasına direktor təyin etdirmək üçün "dəridən-qabıqdan" çıxdığı bildilır...

Röyal

0.026297092437744