Şəhid ailəsi yataqxanada yaşayır
Qax rayonundan Şəhid Anası: "Qaxın icra başçısı Musa Şəkiliyevdən və bələdiyyə sədri Eyvaz Orucovdan çox narazıyam"
Ömrünün 22 ilini Vətənə xidmətə həsr edən polkovnik-leytinat Sadiq Məmmədov 44 günlük Qarabağ müharibəsində yaxından iştirak etmiş və 26 Oktyabr 2020-ci il tarixində Şəhid olmuştur.
Paralel.az xəbər verir ki, Sadiq Məmmədov Qax rayonundan olan ən yüksək rütbəli şəhiddir.
Ali Baş Komandan İlham Əliyev tərəfindən medal və ordenlərlə təltif olunan Sadiq Məmmədovun 6 nəfərlik ailəsi Qax rayonunda yataqxana tipli, birotaqlı mənzildə dözülməz şəraitdə yaşayır. Qaxın icra başçısı Musa Şəkiliyev və Qax Bələdiyyəsinin sədri Eyvaz Orucov Şəhidin yas mərasimlərində iştirak etməyib.
Hələ bu azmış kimi onlar müxtəlif vasitələrlə mənzil şəraitinin yaxşılaşdırılması üçün Şəhid ailəsindən rüşvət də istəyiblər. Şəhid Anası Səadət Məmmədova yaşadığı rayonun icra başçısı Musa Şəkiliyev və Qax Bələdiyyəsinin sədri Eyvaz Orucovdan çox narazı olduğunu ifadə edib.
Akif