KÜVEYTƏ "OD TÖKÜLÜR"
Paralel.az xəbər verir ki, sözün birbaşa mənasında Küveytə göydən od ələnir. Təsəvvür edin ki, kölgədə istilik 53.3 dərəcə olduğu halda günəşli yerdə havanın tempraturu 70 dərəcəyədək yüksəlir. Bu barədə “Vorlf Gulf” nəşri məlumat verir.
Nəşr yazır ki, bu son 70 ildə Küveytdə müşahidə edilən rekord göstəricidir. Hakimiyyət vətəndaşlara çağırış edərək ehtiyac olmadan evdən çıxmamaq və elektrik enerjisinə qənaət etmək üçün mənzillərindəki köhnə model kondisenerləri yeniləriylə əvəz etmələrini tövsiyyə edib.
Mütəxəssislər Küveytdə yaşanan şiddətli istinin əsas səbəbi kimi ölkənin günəşə yaxın olan Paka tropik zonasına yaxın olması və Hind okeanından gələn, elmi dairələrdə “hind depressiyası” adlandırılan isti hava kütləsinin Səduyyə Ərəbistanından keçməklə ölkəyə daxil olmasını göstərir.
SƏMA