Neft bahalaşmaqda davam edəcək
ABŞ-ın neft ehtiyatları sürətlə azalır
Dünya bazarında ötən həftə neftin qiyməti bir qədər azalaraq sabitləşsə də, ekspertlər yola saldığımız həftənin sonunda başlayan bahalaşma tendensiyasınin bazar ertəsi birjalar açılanda da davam edəcəyini proqnozlaşdırırlar. Bu tendensiyanı stimullaşdıran əsas səbəb dünyanın ən böyük "qara qızıl" hasilatçısı və istehlakçısı olan Amerika Birləşmiş Ştatları iqtisadiyyatında müşahidə edilən aktivləşmədir.
Artıq ötən həftə ABŞ-da neftə tələbat pandemiyadan əvvəlki - 2019-cu il səviyyəsini keçdi. Bu səbəbdən də ABŞ-da neft və benzin ehtiyatı sürətlə azalmağa başladı. Amerikada ehtiyatların azalma tendensiyası isə dünya bazarında "qara qızıl"ın dəyər alması ilə müşahidə edilir. Ötən həftə ərzində ABŞ-da neft ehtiyatları 7 milyard barel (əlavə 4 milyard barel azalma gözlənilir), benzin ehtiyatı isə 6 milyard barel (əlavə 2,2 milyard barel də azalma gözlənilir) azalıb.
Bununla yanaşı, 1-2 iyul tarixlərində OPEC+ ölkələrinin hasilat kvotasını 400 milyon barel artırılmaq barədə qərarın qəbul edilməsi üçün konsensusun əldə edilməsi də bazarda treylerlərin bahalaşma dalğasını gözləməsini səbəb oldu. OPEC+un növbəti toplantısına qədər Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliyinin hasilatı artırmaq barədə israrları cilovlamaq mümkün olacaqsa, növbəti toplantöya qədər bahalaşma davam edəcək. OPEK+ ölkələrində də ikili fikir hakim kəsilib, neft ehtiyatları az olan ölkələr hasilatı kvotasını indiki vəziyyətdə saxlayıb, bahalaşmaqda daha çox qazanc əldə etməyı təklif edir. Neft ehtiyatları çox olan ölkələr isə, ABŞ istisna olmaq şərti ilə, hasilatı artırmaqda israr edir.
OPEC+ - neft hasil edən ölkələr birliyinin növbəti iclası isə gələn ayın əvvəlində gözlənilir. Sonda qeyd edək ki, birjalarda “Brent” markalı Kaliforniya neftinin sentyabr fyuçersləri 0,30% bahalaşaraq, 1 bareli 74,34 ABŞ dollarına satılıb. Şimal dənizində hasil edilən WTI markalı neftin avqust fyuçerslərinin qiyməti isə 0,41% yüksələrək, 1 bareli 73,24 dollar təşkil edib. Dünya bazarında "Azeri Light CIF" markalı. Azərbaycan neftinin 1 bareli 2,17 ABŞ dolları və ya 2,9% artaraq 76,77 dollar təklif edilib.
Akif Nəsirli