QALDIRMA NÖVBƏSİ MİLLİ MƏCLİSƏ ÇATDI

QALDIRMA NÖVBƏSİ MİLLİ MƏCLİSƏ ÇATDI
 

Paralel.az xəbər verir ki, Tarif Şurasının son qiymət artımına etiraz edən bəzi deputatlar guya insanların qayğısına qalırmış görüntüsü yaratmaq üçün mətbuat çıxışlarında bildirirdilər ki, Tarif Şurasının səlahiyyətləri Milli Məclisə verilməlidir. Amma təklifin üstündən heç 10 gün keçməmiş parlament elə bir absurd qanuna imza atdı ki, indi çoxları şükür eləyir ki, nə yaxı deputatların o istəyi reallaşmayıb.

Belə ki, bu gün yay yuxusuna getməzdən əvvəl son iclasa gələn deputatlar hələ layihə formasında olarkən hətta Vəkillər Kollegiyasının sədri səviyyəsində etirazla qarşılanan məhkəmələrdə əsassız vəsatətlərlə bağlı cərimə tətbiqi haqqında Mülki Prosesual Məcəlləyə edilən dəyişikliyi böyük səs çoxluğuyla qəbul ediblər. Və qəribəsi burasıdır ki, deputatlar layihədə cərimə kimi təklif olunan 50 manat məbləği azaltmaq əvəzini onu fantastik şəkildə-40 dəfə artıraraq 2000 manat müəyyən edilməsi barədə qərar qəbul edib. 

Parlamentdə yetəricə hüquqi bilgilərə malik deputatlar olsa da, təəssüf ki, onların heç biri bu mürtəcə dəyişikliyə səs verərkən gələcəkdə onun dövlətin imicinə vura biləcəyi zərbəni nəzərə almayıb. 

Söhbət ondadır ki, məhkəmədə izafi xərcə düşməmək üçün, iddiaçı, yaxud onun vəkili susur və sonuncda baxılan işdən Avropa Məhkəməsinə şikayət ünvanlayır. Beləliklə, bu da öz növbəsində ölkədən AİHM-ə göndərilən şikayətlərin sayını birə beş artıracaq.

 SƏMA

0.013152837753296