"Pensiyalar haçan köçəcək" ifadəsini tarixə qovuşdura bilərık

 

Bakı, Sumqayıt və Abşeron üzrə iyul ayının pensiyaları ödənilib - yəqin ki, ölkənin müxtəlif təyinatlı pensiyaçıları bu xəbəri səbirsizliklə gözləyir. Elə bu sətirlərin müəllifi də o qəbildən olan insanlardandır, ayın birinci dekadasınin son günlərində pensiya müavinatlarının karta köçürülməsini intizarla gözləyirik.

Paralel.az xəbər verir ki, son zamanlar pensiyaçıların pulları əksər hallarda ayın 8-9-da, bəzən isə 10-dan sonra kartlara köçürülür. Həmin gün pensiyaçılar bankomatların qarşısında uzun növbələrdə dayanaraq əziyyət çəkməli olur. Bəzən isə bankomatlar işləmir və ya növbənin yarısı keçməmiş bankomatdan pul ehtiyatı bitir. İlin istisi, soyuq var, fiziki baxımdan daha zəif olan insanlar üçün bu daha ağrılı problemdir. Görəsən dünyanın bütün ölkələrində vəziyyət belədirmi?

Əlbəttə yox, ayın bəlli günlərində bankomatlar qarşısında üzün növbələr yalnız Azərbaycanda və digər postsövet dövlətlərində, o cümlədən bir sıra üçüncü dünya ölkələrində müşahidə edilir. Dünyanın inkişaf etmiş ölkələrində isə vəziyyət tamam başqadır. Belə ki, inkişaf etmiş ölkələrdə "pensiyalar bu gün vuruldu" frazası artıq çoxdan unudulub. Bu ölkələrdə pensiyaların karta köçrülmə tarixi fərdiləsdirilib (iduvudaldır). Elə ölkələr var ki, vətəndaş ayın hansı günündə pensiya hüququ qazanıbsa hər ayın elə həmin günü də pul pensiyaçının kartına köçürülür, bəzi ölkələrdə isə bu tarix vətəndaşın ay daxilində döğüm.gününə təsadüf edir.

Bəzi ölkələrdə isə bu iki variantdan birini seçməyi vətəndaşın öhdəsinə buraxırlar. Bu yolla dünyanın inkişaf etmiş ölkələrində pensiyaçıların və digər müavinət alan vətəndaşların bankomatlar qarşısında növbə gözləmək problemlərini aradan qaldırıblar. Əhalinin sosial təminata ehtiyacı olan hissəsinin əksəriyyətini qocalar və əlillər təşkil etdiyini nəzərə alsaq, bu çox əhəmiyyətli metoddur. Digər tərəfdən isə əhalinin həssas kəsimi bu halda öz ad gününü imkanlarına uyğun şəkildə qeyd etməsinə şans yaranır. Azərbaycanda da bunu reallaşdırmaq mümkündür. Bunun üçün proqram təminatına və bir aylıq pensiya ödənişi həcmində vəsait gərəkir ki, bu da dövlətimiz üçün o qədər çətin iş deyil.

Akif

0.012939929962158